12px13px15px17px
Tarix:27/08/15

MTN elektron viza vermək hüququ əldə etmək istəyən turizm şirkətlərinə müraciət etdi

Mədəniyyət və Turizm Nazirliyi (MTN) elektron turist vizası vermək hüququnu əldə etmək istəyən turizm şirkətlərinə müraciət edib.

Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilən müraciətdə bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib.
 
Bu yeni qayda Azərbaycanın Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanmış və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsini təmin edir.
 
 
“Qeyd olunanlara əsasən, turizm şirkətləri tərəfindən akkreditasiyadan keçmək üçün müvafiq ərizə və tələb olunan sənədlər nazirliyin Turizm şöbəsinə təqdim oluna bilər (qaydalar əlavə olunur). Əlaqə telefonu 492-88-50-dir” – deyə müraciətdə qeyd olunub.
 
 
SEYMUR



Baxış sayı: 698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024