12px13px15px17px
Tarix:27/08/15

Meksika Konqresində qətnamə - “Azərbaycanda kommunikasiya, elm və texnologiya inkişaf edib”

Meksika Konqresində Azərbaycan ilə Meksika arasında münasibətlərin genişləndirilməsi üçün zəruri addımların atılmasına çağıran qətnamə qəbul edilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu ayın 13-də Meksika Konqresinin Daimi Komissiyasının Xarici Əlaqələr, Müdafiə və İctimai Təhsil üzrə İkinci Komitəsində “Federal icra hakimiyyətini Azərbaycan Respublikası ilə Meksika arasında münasibətlərin genişləndirilməsi üçün zəruri addımlar atmağa çağıran razılaşma mövqeyi üzrə birgə təklif” adlı qətnamə qəbul edilib.
 
 
Sənəd Daimi Komissiyaya Meksika Senatı Xarici əlaqələr komissiyasının sədri senator Qabriela Kuevas Barron, senator Pilar Orteqa Martinez və senator Xuan Karlos Romero tərəfindən təqdim olunub.
 
 
Qətnamədə Azərbaycan haqqında məlumat verilərək 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu, Meksikanın Azərbaycan ilə Latın Amerikası arasında bir körpü rolunu oynadığı, müstəqilliyini əldə etdikdən sonra ölkəmizin neft iqtisadi inkişafa nail olduğu və bütün bunların ölkədə kommunikasiya, elm və texnologiya, sosial rifahın yüksəlişi, müasirləşmə və innovasiyalara səbəb olduğu qeyd edilib.
 
 
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu vurğulanaraq, Qafqazın ən strateji ölkələrindən biri olduğu diqqətə çatdırılıb. Ölkəmizin neftin hasilatı, istismarı və emalı sahəsində 150 ildən artıq təcrübəyə malik olduğu və Meksikanın bu təcrübədən bəhrələnə biləcəyi və Azərbaycandan əldə ediləcək biliklərin köməyi ilə hazırda Meksikada mövcud olan neft resurslarının istismar edilə biləcəyi kimi məqamlar da sənəddə öz əksini tapıb.
 
Azərbaycanın kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması, qeyri-neft sektorunun inkişafı, İKT sahələrindəki nailiyyətləri barədə məlumat verilərək ölkənin enerji, turizm, mədən sənayesi, telekommunikasiya, elm, texnologiya və digər sahələrə beynəlxalq sərmayələr yatırdığı bildirilib.
 
 
Sözügedən sənəddə, eləcə də, hər iki ölkənin zəngin mədəni irsə malik olduğu qeyd edilərək Azərbaycan xalçalarının bəşər irsinin bir hissəsi olduğu, musiqi, ədəbiyyat, rəqs, incəsənət, mətbəx, kino və bayramların ölkə mədəniyyətinin əsas elementlərini təşkil etdiyi qeyd edilib.
 
 
Qətnamədə iki ölkə arasında iqtisadi, enerji, mədəniyyət, kənd təsərrüfatı tədqiqatları, texnoloji inkişaf sahələrində əməkdaşlığın vacibliyi vurğulanaraq Meksika Federal Hökumətinə Azərbaycan və Meksika arasında münasibətlərin gücləndirilməsinin zəruriliyi ilə bağlı çağırış edilib.
 
 
Qətnamə Meksika Senatının rəsmi internet ünvanında yerləşdirilib.

 
 
Seymur Qasımbəyli



Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024