12px13px15px17px
Tarix:28/08/15

“Facebook” ziyarətçilərinin sayı ilk dəfə gün ərzində bir milyard təşkil edib

24 avqust tarixində “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı ilk dəfə bir milyard təşkil edib. Bu haqda avqustun 28-də sosial şəbəkənin qurucusu Mark Zukerberq öz səhifəsində yazıb.
 
"Bazar ertəsi planetin əhalisinin hər yeddi nəfərindən biri öz dostu və ailə üzvləri ilə əlaqə saxlamaq üçün “Facebook” sosial şəbəkəsindən istifadə edib" – deyə Zukerberq qeyd edib. O, həmçinin bütün “Facebook” istifadəçilərinə təşəkkür edib.
 
“ICTnews.az” saytı “lenta.ru” saytına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu uğur bütün dünyanın birləşdirilməsi üzrə prosesin yalnız başlanğıcıdır.
 
2013-cü ilin avqustunda Mark Zukerberq “Internet.org” layihəsini işə salıb. Layihənin əsas məqsədi beş milyard insanın internetə ödənişsiz çıxışını təmin etməkdir. “Facebook” şirkəti tərəfdaşların () köməyi ilə elektron məlumatların ötürülmə səmərəliliyini artırmağı və internetə qoşulmanın dəyərini 100 dəfə azaltmağı planlaşdırır.
 
Emil Hüseynov



Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024