12px13px15px17px
Tarix:28/08/15

Avropa Birliyi TAİEX komissiyasının iclasında Elmi İnnovasiyalar Mərkəzinin hazırladığı “İnnovasiyanın üç qat modeli” adlı layihə qəbul olunub

Avropa Birliyi TAİEX komissiyasının iclasında AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) hazırladığı "İnnovasiyanın üçqat modeli" (The Triple Helix Modellor) adlı layihəyə baxılıb və icraya qəbul olunub.
 
 Layihə  Avropa Birliyi TAİEX proqramı çərçivəsində hazırlanıb. Mərkəzdən bildirilib ki, bu ilin oktyabr-noyabr aylarında Bakıda layihə əsasında Avropa Birliyi TAİEX şöbəsinin ekspertlərinin təşkilatçılığı ilə Milli innovasiya sisteminin formalaşdırılması üçün aktual olan elm-dövlət-istehsalat (üçqat spiral) münasibətlərinin qurulması mövzusunda seminar keçiriləcək.
 
Seminarda Avropanın qabaqcıl ölkələrinin təcrübələri əsasında "İnnovasiyanın üçqat modeli" konsepsiyası, modelin strukturu və iştirakçıların vəzifələri, üçqat spiral və iqtisadiyyat, üçqat modelin formalaşması, regional inkişafda üçqat modelin əsasları, innovasiya nəzəriyyəsindən alınan modelin əsas xüsusiyyətləri mövzusunda məsələlər müzakirə olunacaq.
 
Seminarda Azərbaycan alimləri, dövlət qurumlarının mütəxəssisləri və sahibkarlar iştirak edə,  mövzuya aid  araşdırmalarını və təkliflərini Elmi İnnovasiyalar Mərkəzinə göndərə bilərlər. Bu təkliflər və araşdırmalar seminarda müzakirə olunmaq üçün Avropa Birliyi TAİEX şöbəsinin ekspertlərinə təqdim olunacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024