12px13px15px17px
Tarix:28/08/15

Azərbaycan şirkəti Qırğızıstanda sənəd dövriyyəsinin avtomatlaşdırılması üzrə tenderdə iştirak edir

Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan "Sinam" Qırğızıstanın Mərkəzi Bankında sənəd dövriyyəsinin avtomatlaşdırılması üzrə tenderdə iştirak edir.
 
Şirkətdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata əsasən, tender iki mərhələdən ibarətdir.
 
"Sentyabrın sonunadək tenderin birinci mərhələsi başa çatmalıdır, ikinci mərhələ isə bu ilin sonunadək keçiriləcək. Biz Azərbaycan Mərkəzi Bankında, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və bir sıra digər dövlət qurumlarında tətbiq etdiyimiz avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemini Qırğızıstanda da tətbiq etmək niyyətindəyik", - deyə şirkətdən bildiriblər.
 
"Sinam" tərəfindən təklif edilən layihə elektron statistik baza və analitik hesabatlılıq sistemi tətbiqini nəzərdə tutur. Müxtəlif qrafik formaların yaradılması imkanı, eləcə də əvvəl bankda istifadə edilmiş sistem və elektron poçtun arxivləşdirilməsi də daxil olmaqla hesabatların generasiyası sisteminin yaradılması planlaşdırılır. Sistem disk sahəsindən optimal şəkildə istifadə etməyə və arxiv verilənlərini idarə etməyə imkan verir.
 
Layihə çərçivəsində bank və bank olmayan kredit təşkilatlarını idarə etməyə imkan verən proqram tətbiq edilməsi planlaşdırılır. Bu həll bank daxilində sənəd dövriyyəsindən keçən sənədlərin avtomatik şəkildə yenilənməsinə, eləcə də idarəetmə üçün zəruri olan bütün məlumatların daxil və analiz edilməsinə imkan verir.
 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankında layihə çərçivəsində layihələrin idarə edilməsi sistemi, daxil olmuş sənədlərin skan edilməsi və tanınması imkanına malik elektron sənəd dövriyyəsi sistemi tətbiq edilib.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024