Tarix:28/08/15
Bununla belə, respublika sərhədlərindən birmüddətlik kənara çıxan vətəndaşlarımız elektron xidmətlər vasitəsi ilə onlara lazım olan əməliyyatları rahatlıqla həyata keçirə bilirlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq strukturu tərəfindən verilən elektron imza ilə hər bir Azərbaycan vətəndaşı əhaliyə təqdim edilən elektron xidmətlərdən yararlanaraq vaxt itkisinin və əlavə xərclərin qarşısını almaq imkanına malikdir.
“ICTnews” elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, bu yolla xaricdə yaşayan soydaşlarımızın elektron xidmətlərdən istifadə sayı heç də az deyil. E-xidmətlərin sayının və keyfiyyətinin artırılması ona olan marağı da yüksəldib.
Xaricdən internet üzərindən edilən müraciətlərlə bağlı Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib ki, başlıca fəaliyyət istiqamətlərindən biri də əhaliyə göstərilən e-xidmətlərin və vətəndaşların müraciətlərinə baxılmasının müasir dövrün tələblərinə uyğun təşkil olunmasıdır.
“Bu işin mühüm komponentləri sırasında xaricdən daxil olan müraciətlərə diqqətlə yanaşılması da mühüm yer tutur. Belə ki, xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən Fonda edilən müraciətlər daim diqqətlə araşdırılır və operativ şəkildə cavablandırılır”.
DSMF-dən qeyd edilib ki, 2015-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna xaricdən daxil olan 1730 müraciətin böyük əksəriyyəti MDB ölkələrinə aiddir. MDB ölkələrindən göndərilən 1543 müraciətdən 1498-ni Rusiyadan daxil olan müraciətlər təşkil edir. Müraciətlərdə əsasən vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsi kimi məsələlər öz əksini tapıb.
Xarici ölkələrdən daxil olan müraciətlərin say çoxluğuna görə növbəti yerdə Türkiyə Cümhuriyyəti qərarlaşıb. Bu ölkədən Fonda ünvanlanan 184 müraciət əsasən Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi kimi məsələləri əhatə edir. Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan digər 48 müraciət isə ayrı-ayrı xarici ölkələrə aiddir.
SEYMUR
Xaricdə yaşayan vətəndaşlarımız tərəfindən e-xidmətlərdən istifadə sayı artıb
Azərbaycanda elektronlaşmanın genişlənməsi, dövlət orqanları tərəfindən informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin artırılması xaricdə yaşayan soydaşlarımızın da müraciətlərinə vaxtında reaksiya verməyə imkan yaradıb.Bununla belə, respublika sərhədlərindən birmüddətlik kənara çıxan vətəndaşlarımız elektron xidmətlər vasitəsi ilə onlara lazım olan əməliyyatları rahatlıqla həyata keçirə bilirlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq strukturu tərəfindən verilən elektron imza ilə hər bir Azərbaycan vətəndaşı əhaliyə təqdim edilən elektron xidmətlərdən yararlanaraq vaxt itkisinin və əlavə xərclərin qarşısını almaq imkanına malikdir.
“ICTnews” elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, bu yolla xaricdə yaşayan soydaşlarımızın elektron xidmətlərdən istifadə sayı heç də az deyil. E-xidmətlərin sayının və keyfiyyətinin artırılması ona olan marağı da yüksəldib.
Xaricdən internet üzərindən edilən müraciətlərlə bağlı Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib ki, başlıca fəaliyyət istiqamətlərindən biri də əhaliyə göstərilən e-xidmətlərin və vətəndaşların müraciətlərinə baxılmasının müasir dövrün tələblərinə uyğun təşkil olunmasıdır.
“Bu işin mühüm komponentləri sırasında xaricdən daxil olan müraciətlərə diqqətlə yanaşılması da mühüm yer tutur. Belə ki, xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən Fonda edilən müraciətlər daim diqqətlə araşdırılır və operativ şəkildə cavablandırılır”.
DSMF-dən qeyd edilib ki, 2015-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna xaricdən daxil olan 1730 müraciətin böyük əksəriyyəti MDB ölkələrinə aiddir. MDB ölkələrindən göndərilən 1543 müraciətdən 1498-ni Rusiyadan daxil olan müraciətlər təşkil edir. Müraciətlərdə əsasən vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsi kimi məsələlər öz əksini tapıb.
Xarici ölkələrdən daxil olan müraciətlərin say çoxluğuna görə növbəti yerdə Türkiyə Cümhuriyyəti qərarlaşıb. Bu ölkədən Fonda ünvanlanan 184 müraciət əsasən Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi kimi məsələləri əhatə edir. Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan digər 48 müraciət isə ayrı-ayrı xarici ölkələrə aiddir.
SEYMUR
Baxış sayı: 563
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır