12px13px15px17px
Tarix:28/08/15

“Azərpoçt” MMC daha bir diplomla təltif olunub

"Russlavbank"ın MDB ölkələri üzrə vitse-prezidenti xanım Svetlana Frolovanın rəhbərlik etdiyi nümayəndə heyəti "Contact" beynəlxalq pulköçürmələrinin fəaliyyəti ilə bağlı Azərbaycanda səfərdə olublar.
 
Səfər çərçivəsində beynəlxalq pulköçürməsinin inkişafında maraqlı olan qonaqlarla 30-a yaxın yerli bankların nümayəndələri, o cümlədən "Azərpoçt" MMC-dən Maliyyə xidmətlərinin marketinq şöbəsinin rəisi Yaşar Əhmədov iştirak edib.
 
Görüşdə işin keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində aktual olan məsələlərin həllindən ibarət müzakirələr aparılıb və  gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
 
 
Tədbirin sonunda yerli banklarla rəqabətdə qalib olan  "Azərpoçt"MMC  ölkədə "Contact" beynəlxalq pulköçürmələri sistemi üzrə ən geniş şəbəkəyə malik olduğuna görə diplomla təltif edilib. 
 
RƏVAN
 
 



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024