Tarix:28/08/15
MMC Bakı şəhəri və regionlar üzrə abunəçilərin stasionar telefon nömrələrinin xaricə daşınması xidmətini tətbiq edib. Bu barədə “Aztelekom” MMC-nin Marketinq və satış departamentinin rəhbəri Razi Tağıyev məlumat verib.
Onun sözlərinə görə, xidmətə qoşulmaq istəyən abunəçilər Telekommunikasiya qovşaqlarına müraciət edə bilər.
Qovşağa yaxınlaşıb xidmətə qoşulmaq istəyən abunəçiyə loqin və parol verilir. Loqin abunəçinin ev nömrəsi, parol isə istədiyi rəqəmi və ya hərf kombinasiyasından ibarət ola bilər. Bundan sonra növbəti mərhələdə abunəçi ona aid şəhər telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə (0124660000) yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon və planşet) yazılan “Aztelphone” proqramı vasitəsilə daşınır.
Abunəçi respublikanın istənilən bölgəsində olduqda ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər müvafiq tariflərə uyğun hesablanır.
Belə ki, bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilər. Eyni zamanda Bakı Telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə dəqiqəsi 5 qəpikdən ödəniş etməli olacaq. Əgər telefonu mobil telefona yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin ona etdiyi zənglər pulsuz olacaq.
Qeyd edək ki, xidmətin aylıq abunə haqqı 20 manatdır.
R.Tağıyev hesab edir ki, xidmətin əsas istifadəçiləri arasında şirkətlər və dövlət müəssisələri ola bilər:
"Bu xidmətdən dövlət və özəl qurumların nümayəndələri də istifadə edə bilər. Bir
daha qeyd edim ki, xidmət bütün respublika abunəçiləri üçündür. Dünyada analoqu olmayan xidmət "Aztelekom"un uzun müddət apardığı araşdırmalar nəticəsində ərsəyə gəlib".
RƏVAN
Xaricə səyahətə gedərkən ev telefonlarınızı mobil qurğulara yönləndirə biləcəksiz: Azərbaycanda İLK
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC yeni “Aztelphone” xidmətini istismara verib.MMC Bakı şəhəri və regionlar üzrə abunəçilərin stasionar telefon nömrələrinin xaricə daşınması xidmətini tətbiq edib. Bu barədə “Aztelekom” MMC-nin Marketinq və satış departamentinin rəhbəri Razi Tağıyev məlumat verib.
Onun sözlərinə görə, xidmətə qoşulmaq istəyən abunəçilər Telekommunikasiya qovşaqlarına müraciət edə bilər.
Qovşağa yaxınlaşıb xidmətə qoşulmaq istəyən abunəçiyə loqin və parol verilir. Loqin abunəçinin ev nömrəsi, parol isə istədiyi rəqəmi və ya hərf kombinasiyasından ibarət ola bilər. Bundan sonra növbəti mərhələdə abunəçi ona aid şəhər telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə (0124660000) yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon və planşet) yazılan “Aztelphone” proqramı vasitəsilə daşınır.
Abunəçi respublikanın istənilən bölgəsində olduqda ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər müvafiq tariflərə uyğun hesablanır.
Belə ki, bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilər. Eyni zamanda Bakı Telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə dəqiqəsi 5 qəpikdən ödəniş etməli olacaq. Əgər telefonu mobil telefona yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin ona etdiyi zənglər pulsuz olacaq.
Qeyd edək ki, xidmətin aylıq abunə haqqı 20 manatdır.
R.Tağıyev hesab edir ki, xidmətin əsas istifadəçiləri arasında şirkətlər və dövlət müəssisələri ola bilər:
"Bu xidmətdən dövlət və özəl qurumların nümayəndələri də istifadə edə bilər. Bir
daha qeyd edim ki, xidmət bütün respublika abunəçiləri üçündür. Dünyada analoqu olmayan xidmət "Aztelekom"un uzun müddət apardığı araşdırmalar nəticəsində ərsəyə gəlib".
RƏVAN
Baxış sayı: 1011
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır