12px13px15px17px
Tarix:29/08/15

“Microsoft” smartfon istehsalında patent hüququnun pozulması ilə bağlı məhkəmədə qalib gəlib

ABŞ-ın “Microsoft” korporasiyası onu patent hüquqlarını pozulmaqda ittiham edən “InterDigital” şirkəti ilə aparılan məhkəmə dinləmələrində qalib gəlib.
 
Cümə günü ABŞ Beynəlxalq Ticarət Komissiyası məhkəmənin bir müddət əvvəl “InterDigital”-ın patentləşdirdiyi texnologiyaların "Microsoft” tərəfindən mobil telefon istehsalı prosesində icazəsiz istifadəsinə görə cəzalandırılması ilə bağlı çıxarılan qərarını rədd edib.
 
Mənzil-qərargahı Delaver ştatında yerləşən “InterDigital” 20 mindən çox müxtəlif texnologiya patentinə malik olmaqla onların dünyanın yüksək texnologiyalı şirkətləri üçün lisenziyalaşdırılmasını təklif edir. 
 
2007-ci ildə “InterDigital” ABŞ Beynəlxalq Ticarət Komissiyasına müraciət edərək Finlandiyanın “Nokia” mobil telefon istehsalçısını iki patent hüququnu pozmaqda ittiham edib. Onlardan biri smartfonlarda səsin gücünün tənzimlənməsinə aid olub. Ötən il ABŞ istehsalçısı “Nokia”-nın mobil telefon istehsalı bölməsini satın almasına görə “InterDigital” tərəfindən irəli sürülən bütün iddialar "Microsoft”-a şamil edilib.
 
2015-ci ilin aprelində komissiya tərəfindən təyin edilən hakim Teodor Esseks irəli sürülən ittihamları əsaslı sayaraq "Microsoft” məhsullarının ABŞ ərazisinə idxalının qadağan edilməsi ilə bağlı ilkin qərar çıxarıb. Lakin qərarın sonradan bütün komissiya üzvləri tərəfindən təsdiq edilməsi tələb olunurdu. Onlar cümə günü bir araya gələrək əvvəl çıxarılan qərarı ləğv ediblər, - “TASS yazır. 
 



Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024