Tarix:29/08/15
Şirkətdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, “Sinam” artıq sistemin yaradılması ilə bağlı texniki tövsiyələrini şəhər meriyasının rəsmilərinə təqdim edib.
“Layihə Kabil şəhərinin meriyası tərəfindən bəyənilib və yuxarı instansiyalara təqdim edilib. Hazırda biz Əfqanıstanda Nazirlər Kabinetinin formalaşmasını gözləyirik ki, layihənin icrası üçün şərait yaradılsın. Təqdim etdiyimiz tövsiyələr Kabil şəhərinin bina və küçələrinin ünvan sisteminin hazırlanmasını təmin edəcək”, - deyə şirkətdən bildiriblər.
“Sinam” şirkəti Əfqanistan üçün Azərbaycanda yaratdığı “GoMap” elektron xəritəsinə oxşar bir sistem yaratmaq niyyətindədir. Qeyd edək ki, hazırda Kabil şəhərinin bina və yaşayış massivlərinin ünvanları tamamilə sıradan çıxıb, bu isə bir çox problemlər yaradır.
Aynur Vəliyeva
“Sinam” şirkəti Əfqanıstanda ünvan sistemini sıfırdan yaratmağa hazırlaşır
Azərbaycanın aparıcı İT şirkətlərindən olan “Sinam” Əfqanıstanın paytaxtı Kabil şəhərinin meriyası ilə ünvan sisteminin yaradılması layihəsi üzrə razılıq əldə edib.Şirkətdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, “Sinam” artıq sistemin yaradılması ilə bağlı texniki tövsiyələrini şəhər meriyasının rəsmilərinə təqdim edib.
“Layihə Kabil şəhərinin meriyası tərəfindən bəyənilib və yuxarı instansiyalara təqdim edilib. Hazırda biz Əfqanıstanda Nazirlər Kabinetinin formalaşmasını gözləyirik ki, layihənin icrası üçün şərait yaradılsın. Təqdim etdiyimiz tövsiyələr Kabil şəhərinin bina və küçələrinin ünvan sisteminin hazırlanmasını təmin edəcək”, - deyə şirkətdən bildiriblər.
“Sinam” şirkəti Əfqanistan üçün Azərbaycanda yaratdığı “GoMap” elektron xəritəsinə oxşar bir sistem yaratmaq niyyətindədir. Qeyd edək ki, hazırda Kabil şəhərinin bina və yaşayış massivlərinin ünvanları tamamilə sıradan çıxıb, bu isə bir çox problemlər yaradır.
Aynur Vəliyeva
Baxış sayı: 601
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır