Tarix:31/08/15
“ICTnews.az” saytı “cnews.ru” saytına istinadən xəbər verir ki, mütəxəssislər 5 ay ərzində anonim şəbəkədən çıxan təxminən 300 min hücum qeydə alıblar.
“Tor” anonim şəbəkəsindən imtina etmək çağırışı
“IBM” bütün şirkətləri “Tor” anonim şəbəkəsindən istifadədən imtinaya və korporativ sistemlərdə onu tamamilə bloklamağa səsləyib.
Zərərli trafikin həcmi artıb
Son bir neçə ildə “Tor” şəbəkəsindən çıxan hücumların sayı artıb. "Tor-trafikdə sıçrayışlar “Tor” şəbəkəsində işə salınmış zərərli botnetlərin aktivliyi ilə bağlı ola bilər.
İKT sahəsinə hücumlar
“IBM”-in nümayəndəsi bildirib ki, 2015-ci ilin yanvar-may aylarında “Tor” şəbəkəsinə əsaslanan hücumların böyük sayı telekommunikasiya və yüksəktexnologiyalı şirkətlərə qarşı edilib.
Hücumların coğrafiyası
“Tor” hücumların böyük hissəsi ABŞ-ın (200 min hücum) payına düşür. Sonrakı pillələri Niderland (150 min hücum) və Rumıniya (75 min hücum) tuturlar.
Tor şəbəkəsi
“Tor” şəbəkəsinin texnologiyası hərbi kommunikasiyaların şifrlənməsi üçün hazırlanıb, amma son nəticədə açıq layihə statusu əldə edərək hər kəsə əlçatan olub. “Tor” şəbəkəsinin inkişafına vəsaitlərin əsas hissəsi ABŞ hökumətinin payına düşür.
Şəbəkə aşağıdakı qaydada işləyir: istifadəçinin fərdi kompüterindən sorğu serverə daxil olmazdan əvvəl qovşaqlardan keçir, bu halda hər bir qovşaqda yalnız məlumdur ki, sorğu haradan gəlib və onu sonra hara yönəltmək lazımdır. Əks istiqamətdə trafik, həmçinin bu qayda ilə ötürülür. Bunun sayəsində bu şəbəkəni izləmək mümkünsüzdür.
Emil Hüseynov
“IBM” dünyanı anonim “Tor” şəbəkəsindən imtinaya səsləyib
“IBM” bütün şirkətləri “Tor” şəbəkəsini bloklamağa səsləyib. Bu, sözügedən şəbəkədən çıxan zərərli trafikin artımı ilə izah edilib.“ICTnews.az” saytı “cnews.ru” saytına istinadən xəbər verir ki, mütəxəssislər 5 ay ərzində anonim şəbəkədən çıxan təxminən 300 min hücum qeydə alıblar.
“Tor” anonim şəbəkəsindən imtina etmək çağırışı
“IBM” bütün şirkətləri “Tor” anonim şəbəkəsindən istifadədən imtinaya və korporativ sistemlərdə onu tamamilə bloklamağa səsləyib.
Zərərli trafikin həcmi artıb
Son bir neçə ildə “Tor” şəbəkəsindən çıxan hücumların sayı artıb. "Tor-trafikdə sıçrayışlar “Tor” şəbəkəsində işə salınmış zərərli botnetlərin aktivliyi ilə bağlı ola bilər.
İKT sahəsinə hücumlar
“IBM”-in nümayəndəsi bildirib ki, 2015-ci ilin yanvar-may aylarında “Tor” şəbəkəsinə əsaslanan hücumların böyük sayı telekommunikasiya və yüksəktexnologiyalı şirkətlərə qarşı edilib.
Hücumların coğrafiyası
“Tor” hücumların böyük hissəsi ABŞ-ın (200 min hücum) payına düşür. Sonrakı pillələri Niderland (150 min hücum) və Rumıniya (75 min hücum) tuturlar.
Tor şəbəkəsi
“Tor” şəbəkəsinin texnologiyası hərbi kommunikasiyaların şifrlənməsi üçün hazırlanıb, amma son nəticədə açıq layihə statusu əldə edərək hər kəsə əlçatan olub. “Tor” şəbəkəsinin inkişafına vəsaitlərin əsas hissəsi ABŞ hökumətinin payına düşür.
Şəbəkə aşağıdakı qaydada işləyir: istifadəçinin fərdi kompüterindən sorğu serverə daxil olmazdan əvvəl qovşaqlardan keçir, bu halda hər bir qovşaqda yalnız məlumdur ki, sorğu haradan gəlib və onu sonra hara yönəltmək lazımdır. Əks istiqamətdə trafik, həmçinin bu qayda ilə ötürülür. Bunun sayəsində bu şəbəkəni izləmək mümkünsüzdür.
Emil Hüseynov
Baxış sayı: 895
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib