Tarix:31/08/15
Növbəti təlimlərin təşkili ilə bağlı yaxın vaxtlarda elan veriləcək. “YT Park”-da Layihələrə Dəstək və Elmi Potensial Şöbəsinin rəisi Ülvi Aslanov hazırda yeni proqram üzərində işlərin aparıldığını deyib.
Qeyd edək ki, “Code Academy” İKT sektorundakı ehtiyacı nəzərə alaraq, real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən layihədir.
Layihənin əsas məqsədi ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdir.
“Code Academy”-də intensiv tədris və real iş şəraitilə, 12 həftə (1 həftə onlayn + 10 həftə intensiv master-klas + 1 həftə karyera planlaşdırma) ərzində master-klaslar keçirilir. Proqram çərçivəsində iştirakçılara sıfırdan interaktiv veb layihələrin yaradılması bacarıqları, “HTML5 & CSS3”, “JavaScript” əsasları, “PHP&MySQL” bilikləri ikili proqramlaşdırma metodikası ilə tədris olunur.
Nəzəri biliklərlə yanaşı, proqram iştirakçıları həm də öyrəndikləri bilikləri real iş şəraitində təcrübəli və peşəkar mentorların nəzarətilə tətbiq edə bilirlər.
Həmçinin, iştirakçıların karyera planlaşdırmasına kömək etmək məqsədilə İKT sahəsində təcrübəli şəxslərin həftəlik “workshop”-ları təşkil edilir. Proqramın yekununda karyera qurmaq üçün bir həftəlik tədrislə iştirakçılar həm müsahibələrə hazırlaşır, həm də onların böyük şirkətlərlə görüşləri təşkil olunur.
Həqiqət İSABALAYEVA
Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Code Academy” layihəsi üzrə yeni təlimlərə başlanılacaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar Parkında (“YT Park”) fəaliyyət göstərən “Code Academy” layihəsi üzrə yeni təlimlərə başlanılacaq.Növbəti təlimlərin təşkili ilə bağlı yaxın vaxtlarda elan veriləcək. “YT Park”-da Layihələrə Dəstək və Elmi Potensial Şöbəsinin rəisi Ülvi Aslanov hazırda yeni proqram üzərində işlərin aparıldığını deyib.
Qeyd edək ki, “Code Academy” İKT sektorundakı ehtiyacı nəzərə alaraq, real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən layihədir.
Layihənin əsas məqsədi ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdir.
“Code Academy”-də intensiv tədris və real iş şəraitilə, 12 həftə (1 həftə onlayn + 10 həftə intensiv master-klas + 1 həftə karyera planlaşdırma) ərzində master-klaslar keçirilir. Proqram çərçivəsində iştirakçılara sıfırdan interaktiv veb layihələrin yaradılması bacarıqları, “HTML5 & CSS3”, “JavaScript” əsasları, “PHP&MySQL” bilikləri ikili proqramlaşdırma metodikası ilə tədris olunur.
Nəzəri biliklərlə yanaşı, proqram iştirakçıları həm də öyrəndikləri bilikləri real iş şəraitində təcrübəli və peşəkar mentorların nəzarətilə tətbiq edə bilirlər.
Həmçinin, iştirakçıların karyera planlaşdırmasına kömək etmək məqsədilə İKT sahəsində təcrübəli şəxslərin həftəlik “workshop”-ları təşkil edilir. Proqramın yekununda karyera qurmaq üçün bir həftəlik tədrislə iştirakçılar həm müsahibələrə hazırlaşır, həm də onların böyük şirkətlərlə görüşləri təşkil olunur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 912
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır