12px13px15px17px
Tarix:31/08/15

Azərbaycanın nanotexnologiyalar üzrə əldə etdiyi nailiyyətlər italiyalı professorları Bakıya gətirir

Azərbaycanın nanotexnologiyalar üzrə əldə etdiyi nailiyyətlər italiyalı alimlərin marağını və diqqətini çəkib. Bu səbəbdən italiyalı alimlərin paytaxtımıza gələrək nanotexnologiyalar üzrə müzakirə və məsləhətləşmələr aparacağı məlum olub.
 
Bu barədə “ICTnews”  Elektron Xəbər Xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf  Mərkəzinin (YTTM) Elmi Tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov məlumat verib.
 
O bildirib ki, təmsil etdiyi mərkəz ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR) Elektronika və Maqnetizm İnstitutunun əməkdaşları arasında  “Silisium platformu ilə inteqrasiya üçün germanium əsaslı sensorlar və infraqırmızı işıq diodları” mövzusunda  alınan nəticələr  müzakirə ediləcək.
 
“Bu müzakirənin aparılması üçün Elektronika və Maqnetizm İnstitutunun professorları Claudio Ferrari, M.Bosi, Francesca Rossi Bakıya gələcək. Səfərin sentyabrın  7-də reallaşdırılması planlaşdırılıb” – deyə R.Cabbarov bildirib.
 
Qeyd edək ki,  Nazirlər Kabinetinin 23 sentyabr 2008-ci il tarixli 228 nömrəli qərarı ilə yaradılan YTTM-in məqsədi qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, ölkədə elm tutumlu sənayenin inkişafına xidmət etməkdir.
 
 Hazırda Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində yaradılan müasir tipli laboratoriyalarda (Clean room) alınan prototip tipli məhsullar davamlı iqtisadi artımı təmin edən enerji qənaətli və ətraf mühit strategiyası əsasında sənayeləşməyə keçid mərhələsindədir. Bu isə özlüyündə əsas elmi araşdırma (Basic Research) ®texnologiyanın yaradılması və inkişafı (Core Tech Research) ®prototipin yaradılması (Product Development) ®sənayeyə keçid (Industrialization) sxemi ilə həyata keçirilir.
 
 
Mərkəzdə sonuncu nəsil zəngin laboratoriyalar qurulub, o cümlədən Fotometrik laboratoriya, Biokimya nanotexnoloji laboratoriya, A-CVD karbon nanotexnologiyalar laboratoriyası, Optik spektroskopiya laboratoriyası, Elektron mikroskop laboratoriyası (AFM-Atom Qüvvət Mikroskopu, SEM - Skanedici Elektron Mikroskopu) fəaliyyət göstərir.
 
 
Müxtəlif rəng temperaturuna və rəngötürmə indeksinə malik işıq diodlarının (LED) rəqabətə davamlı prototipləri yaradılıb, kiçikhəcmli LED istehsal (Çipdən sonrakı mərhələ) xətti qurulub və uğurlu pilot layihə həyata keçirilib.
 
 
 İstehsal olunan LED-lampalarını elektrik dövrəsinə qoşmaq üçün güc faktoru >0.95 olan impulslu  çeviricilər (Driver-Intelligent and isolated power supply) hazırlanıb. İstiliyə və güclü mexaniki təsirə davamlı elektromaqnit xassələrinə malik təmiz və kiçik diametrli (5-10 nm) karbon nanoborular alınıb və polimer materiallara  tətbiqləri öyrənilir.
 
Həmçinin bir sıra istiqamətlərdə bionanotexnologiya sahəsi üzrə uğurlu tədqiqat nəticələrinə nail olunub.
 
 
SEYMUR



Baxış sayı: 954

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024