12px13px15px17px
Tarix:01/09/15

MTRŞ : “Analoq və rəqəmli yayımın paralel aparılması “Teleradio”nun xərclərini artırır”

Azərbaycan Milli Teleradio yayım Şurası  analoq və rəqəmli yayımın paralel aparılmasının “Teleradio” İstehsalat Birliyinin həddən artıq yüklənməsinə səbəb olduğunu bildirib.
 
Şuradan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Teleradio” İstehsalat Birliyi rəqəmli yayıma tam hazırdır.
 
“Lakin rəqəmli yayıma tam keçid üçün əhalinin qəbul edici avadanlıqlarının da hazır olması tələb olunur, Azərbaycanda isə regionlarda əhali arasında, dəqiq statistika aparılmasa da, hələ də analoq avadanlıqlardan istifadə edənlər var. Biz bununla bağlı Nazirlər Kabinetinə müraciət etmək niyyətindəyik. Çünki Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə əsasən bu ilin sonuna kimi rəqəmli yayıma tam keçid təmin edilməlidir. Bundan başqa, rəqəmli yayıma keçid bizim qarşılıqlı interferensiya ilə bağlı işimizi asanlaşdırar, yeni yaradılan  TV kanalları üçün əlavə imkanlar açar. Digər tərəfdən “Teleradio” İstehsalat Birliyinə iki istiqamət üzrə (analoq və rəqəmli) yayımın təmin edilməsi üçün əlavə xərclər yaradır. Ölkədə 400-ə yaxın  analoq yayım vericisi var ki, onların təkcə elektrik enerjisi üzrə xərclərini nəzərə almaq yetər ki, bu yükün ağırlığını təsəvvür edək“, - deyə MTRŞ-də bildiriblər.
 
MTRŞ-də onu da bildiriblər ki, bu gün bütün Avropa ölkələri artıq rəqəmli yayıma keçiblər.

Aynur Vəliyeva
 



Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024