12px13px15px17px
Tarix:01/09/15

“Delta Telecom” şirkəti Türkmənistanla əməkdaşlığını genişləndirmək niyyətindədir

Azərbaycanın aparıcı ilkin provayderi “Delta Telecom” şirkəti Türkmənistanla əməkdaşlığını genişləndirmək niyyətindədir.
 
Şirkətin baş direktoru Ramazan Vəliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yaxın zamanda Türkmənistana əlavə 10 GB beynəlxalq internet trafiki ayrılması nəzərdə tutulub.
 
“Bu, EPEG magistralının İran seqmentinin tam gücü ilə işləməyə başlamasından sonra mümkün olacaq. Bu gün biz artıq Orta Asiya ölkələri, İran və İraqla internet trafikinin tranziti istiqamətində əməkdaşlıq edirik və gələcəkdə də bu sahədə işlərimiz davam edəcək”, - deyə R. Vəliyev bildirib.
 
Qeyd edək ki, hazırda Avropa Yaxın Şərq İnformasiya Magistralı (EPEG)nın İran seqmentinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Yaxın 6-7 ay ərzində tələb olunan avadanlıqlar alınacaq, kabel magistralının bu seqmenti   yenilənərək tam gücü ilə işləməyə başlayacaq.

Aynur Vəliyeva
 
 



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024