12px13px15px17px
Tarix:01/09/15

Dünyada “4G” şəbəkəsini dəstəkləyən smartfonların sayı iki dəfə artıb

“GfK” analitik şirkətinin məlumatına əsasən, dördüncü nəsil (LTE) şəbəkəsini dəstəkləyən smartfonların bazar payı iki dəfə artıb.
 
2015-ci ilin aprel-iyununda smartfonların qlobal satış həcmi illik hesablama üzrə 5 faiz artaraq 302,1 milyona yaxınlaşıb ki, bu qurğuların da 58 faizi “4G” şəbəkəsini dəstəkləyib. Bir il əvvəl bu göstərici 26 faiz olub.
 
Ekspertlər bildirirlər ki, “LTE” şəbəkəsini dəstəkləyən smartfonların nüfuzetmə səviyyəsi artacaq və bu, “3G” modellərin sıxışdırılması ilə nəticələnəcək. Hazırda “LTE” şəbəkəsi bütün əsas regionlarda, həmçinin Hindistanda əlçatandır.
 
"Hindistan cari ildə dünya smartfon bazarının mütləq artımına böyük töhfə verəcək – “GfK” şirkətinin analitiki Kevin Uolş bildirib.
 
“GfK”-nin məlumatına görə, 2015-ci ilin ikinci rübündə smartfonların orta satış dəyəri ötən rüblə müqayisədə 1 faiz azalıb, amma illik hesablamada 3 faiz yüksəlib.
 
Hindistanda smartfonlar il ərzində orta hesabla 12 faiz ucuzlaşıb. Bu halda ölkədə “4G” aparatlara tələbat üç dəfə artacaq və satılmış smartfonların ümumi sayının 6 faizini təşkil edəcək.
 
2015-ci ilin aprel-iyununda istehsalçılar smartfonların satışından ümumilikdə 92,4 milyard dollar əldə ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz yüksəkdir. Şimali Amerika şirkətlərinin gəliri 19 faiz yüksəlib. Çin, həmçinin Yaxın Şərq və Afrika ölkələrində artım müvafiq olaraq 17 və 11 faiz təşkil edib. Latın Amerikasında "ağıllı" telefonların satış həcmi 16 faiz azalıb.
 
Analitiklərin proqnozuna əsasən, 2015-ci ildə dünyada 1,3 milyard smartfon satılacaq.
 
Emil Hüseynov
 



Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024