Tarix:02/09/15
Sözügedən layihənin əhəmiyyəti Amsterdam TRADE Bank tərəfindən yüksək qiymətləndirilib və onlar maliyyələşdirmə barədə müvafiq qərar qəbul ediblər.
"ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə, bu layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64 000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 100 000-ə yaxın port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulub.
Müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının, fiber-optik və TPP tipli kabellərin satınalınması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb. Avadanlıqlar artıq quraşdırılıb, sazlanaraq şəbəkəyə qoşulub.
Qeyd edək ki, bu günə qədər layihənin reallaşdırıldığı 10 telekommunikasiya qovşağının xidmət ərazilərinə daxil olan 130-dan artıq məntəqədə avadanlıqlar quraşdırılıb. Quraşdırılmış avadanlıqların birləşdirici xətlərinin təşkili üçün tələb olunan optik kabellər də çəkilib.
SEYMUR
47 şəhər və rayonda genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndirilir
Azərbaycanda yeni texnologiyaların tətbiqi və genişzolaqlı internet xidmətlərinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə "Multimedia xidmətlərinin inkişafı" layihəsi işlənib hazırlanıb. "Aztelekom" MMC-nin bir sıra rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində reallaşdırılması nəzərdə tutulan Multimedia xidmətlərinin inkişafı" layihəsi maliyyələşdirilməsi üçün bir sıra kredit təşkilatlarına təqdim edilib.Sözügedən layihənin əhəmiyyəti Amsterdam TRADE Bank tərəfindən yüksək qiymətləndirilib və onlar maliyyələşdirmə barədə müvafiq qərar qəbul ediblər.
"ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə, bu layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64 000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 100 000-ə yaxın port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulub.
Müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının, fiber-optik və TPP tipli kabellərin satınalınması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb. Avadanlıqlar artıq quraşdırılıb, sazlanaraq şəbəkəyə qoşulub.
Qeyd edək ki, bu günə qədər layihənin reallaşdırıldığı 10 telekommunikasiya qovşağının xidmət ərazilərinə daxil olan 130-dan artıq məntəqədə avadanlıqlar quraşdırılıb. Quraşdırılmış avadanlıqların birləşdirici xətlərinin təşkili üçün tələb olunan optik kabellər də çəkilib.
SEYMUR
Baxış sayı: 933
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib