12px13px15px17px
Tarix:03/09/15

Bağlanan əmək müqaviləsinin qanuniliyini və tərkibini bir neçə saniyə ərzində “Elektron hökumət” vasitəsilə yoxlamaq mümkündür

Bağlanan əmək müqaviləsinin qanuniliyini və tərkibini “Elektron hökumət” vasitəsilə yoxlamaq mümkündür.
 
Belə ki, əmək hüquqlarınızı qorumaq istəyirsinizsə, işəgötürənlə müqavilə bağladıqdan sonra “https://www.e-gov.az” səhifəsinə daxil olaraq bir neçə saniyə ərzində ƏƏSMN-in təqdim etdiyi “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidmətini seçməklə bağladığınız müqaviləyə nəzər yetirə bilərsiniz.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən də qeyd edilir ki, ölkəmizdə müxtəlif fəaliyyət sahələri üzrə yaradılan şirkətlərin, təşkilatların, irili-xırdalı iaşə obyektlərinin sayı sürətlə çoxaldığı dövrdə əmək hüquqlarının informasiya texnologiyalarının tətbiqi ilə tənzimlənməsi və şəffaf şəkildə vətəndaşlara açıq edilməsi böyük sosial əhəmiyyət kəsb edir.

Əmək müqaviləsi işçi-işəgötürən münasibətlərinin təminatı olmaqla, hər iki tərəfin hüquqlarını qoruyur.

Ötən ildən əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, əmək müqaviləsi bildirişinin informasiya sistemində qeydiyyata alındıqdan sonra qüvvəyə minir.
 
 
Onu da qeyd edək ki, ƏƏSMN-in təqdim etdiyi “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidmətindən istifadə edən vətəndaşların sayı hər ötən gün artmaqdadır. Belə ki, sözügedən xidmətdən təkcə avqust ayında 36416 dəfə istifadə edilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024