Tarix:03/09/15
Bakı şəhərində həyata keçirilən bu fəaliyyət optik şəbəkədə son mildə (abunəçi xətt şəbəkəsində) “FTTx” sistemi ilə optik şəbəkə avadanlığının geniş tətbiq edilməsi məqsədi ilə həyata keçirilib.
Bu barədə “ICTnews” Elektron Xəbər Xidmətinə BTRİB-in baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib. O, paytaxt ərazisində mənzillərə qədər optik kabellərin çəkilməsi prosesinin davam etdiriləcəyini qeyd edərək bildirib ki, min kilometrlərlə uzunluğunda optik xətlərin salınması qarşıya qoyulan əsas məqsədlərdən biridir.
Mənzillərə qədər optikləşmənin əhaliyə verilən internetin keyfiyyətinə müsbət təsir edəcəyini, internetin keyfiyyətinin daha da yüksəlməsinə gətirib çıxardacağını vurğulayan X.Kişiyevin sözlərinə görə, sözügedən layihə ölkədə digər kommunikasiya xidmətlərinin də genişlənməsinə və inkişafına təsir edəcək.
Qeyd edək ki, “Evlərə optika” layihəsinin tətbiqi ilə “Baktelekom” abunəçiləri üçün son mill problemi - yəni internetin sürətinin mənzilə qədər itməsi problemi tamamilə həll ediləcək. Son mill probleminin tamamilə həll edilməsi üçün FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) işləri həyata keçirilərək BTRİB şəbəkəsinə inteqrasiya olunacaq.
Bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksəksürətli internetin (Ethernet 10/100 və 10/100/1000), İPTV və VoD da daxil olmaqla IP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay video xidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir.
Seymur Qasımbəyli
“Evlərə optika” layihəsi çərçivəsində internetin sürətinin mənzilə qədər itməsi problemi tamamilə həll ediləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən “Evlərə optika” layihəsi çərçivəsində avqust ayı ərzində yüzlərlə kilometr uzunluğunda optik kabel çəkilib.Bakı şəhərində həyata keçirilən bu fəaliyyət optik şəbəkədə son mildə (abunəçi xətt şəbəkəsində) “FTTx” sistemi ilə optik şəbəkə avadanlığının geniş tətbiq edilməsi məqsədi ilə həyata keçirilib.
Bu barədə “ICTnews” Elektron Xəbər Xidmətinə BTRİB-in baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib. O, paytaxt ərazisində mənzillərə qədər optik kabellərin çəkilməsi prosesinin davam etdiriləcəyini qeyd edərək bildirib ki, min kilometrlərlə uzunluğunda optik xətlərin salınması qarşıya qoyulan əsas məqsədlərdən biridir.
Mənzillərə qədər optikləşmənin əhaliyə verilən internetin keyfiyyətinə müsbət təsir edəcəyini, internetin keyfiyyətinin daha da yüksəlməsinə gətirib çıxardacağını vurğulayan X.Kişiyevin sözlərinə görə, sözügedən layihə ölkədə digər kommunikasiya xidmətlərinin də genişlənməsinə və inkişafına təsir edəcək.
Qeyd edək ki, “Evlərə optika” layihəsinin tətbiqi ilə “Baktelekom” abunəçiləri üçün son mill problemi - yəni internetin sürətinin mənzilə qədər itməsi problemi tamamilə həll ediləcək. Son mill probleminin tamamilə həll edilməsi üçün FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) işləri həyata keçirilərək BTRİB şəbəkəsinə inteqrasiya olunacaq.
Bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksəksürətli internetin (Ethernet 10/100 və 10/100/1000), İPTV və VoD da daxil olmaqla IP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay video xidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir.
Seymur Qasımbəyli
Baxış sayı: 815
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib