Tarix:03/09/15
Belə ki, avqust ayında MHM 2014-cü ildə aldığı İSO 27001:2005 sertifikatını yeniləyərək İSO 27001:2013 beynəlxalq standartı üzrə sertifikata layiq görülüb.
Müəssisə öz inkişaf mərhələsində növbəti addım atmış, dünyanın nəhəng proqram təminatçısı olan "Microsoft" şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olub. Hal-hazırda "Microsoft" şirkətinin əməkdaşlıq proqramı özündə dünyanın 32000 şirkətini birləşdirir.
Respublikamızda dövlət qurumları arasında ilk dəfə belə yüksək əməkdaşlıq səviyyəsinə nail olmanın səbəblərindən biri müəssisənin yüksəksəviyyəli və peşəkar mütəxəssislərə malik olmasıdır. RYTN MHM "Microsoft" şirkətinin sertifikatlaşdırılmış Gümüş tərəfdaşlığını qazanmaqla, mütəxəssislərinin "Microsoft" texnologiyaları üzrə ekspertizadan keçməsini və müştərilərinin ehtiyaclarını yüksək səviyyədə qarşılamaq qabiliyyətini bir daha təsdiqləyib. Müəssisənin hazırlıq səviyyəsi onun "Microsoft" tərəfdaşlar siyahısında ilk 5% şirkətlər sırasında qərarlaşmasına imkan verib.
Qeyd edək ki, "Microsoft" Gümüş tərəfdaşlığının əldə edilməsi sadə proses deyil. "Microsoft" Gümüş tərəfdaşlığını qazanmaq üçün istənilən müəssisə xüsusi ixtisas üzrə "Microsoft" tərəfindən sertifikatlaşdırılmış peşəkar mütəxəssislər, satış və marketinq üzrə mütəxəssislər, eləcə də, "Microsoft"un qiymətləndirməsindən keçmiş bir neçə texniki dəstək üzrə mütəxəssisin olması tələb olunur. Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri bu sertifikata nail olmaq üçün xüsusi texnoloji ixtisaslar üzrə "Microsoft" şirkətinin ciddi qiymətləndirmə prosedurlarından uğurla keçib.
Belə ki, bütün qeyd olunan tələbləri ödəyən, iş prosesini standartlara uyğun təşkil edən Məlumat Hesablama Mərkəzi proqram təminatının inteqrasiyası üzrə "Microsoft"un sertifikatlaşdırılmış təcrübəsini əldə edib. Müəssisənin altı proqramçısı və üç texniki xidmət mütəxəssisi sınaq imtahanlarından müvəffəqiyyətlə keçərək "Microsoft"un peşəkar sertifikatına layiq görülüb.
Məlumat üçün bildirək ki, dünyanın 32000 şirkətini özündə birləşdirən "Microsoft" tərəfdaşlıq şəbəkəsinə üzv olmanın əsas üstünlükləri aşağıdakılardır:
Beləliklə, MHM-in "Microsoft" ilə strateji əməkdaşlığı Azərbaycanda müasir texnologiyaların inkişafına yeni təkan verəcək, həmçinin, "Microsoft" bulud texnologiyalarının "Elektron hökumət" portalı üzərindən təqdim olunan xidmətlərə tətbiq olunması portalın potensialını daha da artıracaqdır.
“Elektron hökumət” portalının operatoru Azərbaycanda “Microsoft” şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olan ilk dövlət müəssisəsi oldu
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi fəaliyyətinin beynəlxalq standartlar çərçivəsində qurulması işlərini genişləndirməkdə davam etməklə yanaşı, aparıcı İT şirkətlərlə əlaqələrini genişləndirmək istiqamətində işlər aparır.Belə ki, avqust ayında MHM 2014-cü ildə aldığı İSO 27001:2005 sertifikatını yeniləyərək İSO 27001:2013 beynəlxalq standartı üzrə sertifikata layiq görülüb.
Müəssisə öz inkişaf mərhələsində növbəti addım atmış, dünyanın nəhəng proqram təminatçısı olan "Microsoft" şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olub. Hal-hazırda "Microsoft" şirkətinin əməkdaşlıq proqramı özündə dünyanın 32000 şirkətini birləşdirir.
Respublikamızda dövlət qurumları arasında ilk dəfə belə yüksək əməkdaşlıq səviyyəsinə nail olmanın səbəblərindən biri müəssisənin yüksəksəviyyəli və peşəkar mütəxəssislərə malik olmasıdır. RYTN MHM "Microsoft" şirkətinin sertifikatlaşdırılmış Gümüş tərəfdaşlığını qazanmaqla, mütəxəssislərinin "Microsoft" texnologiyaları üzrə ekspertizadan keçməsini və müştərilərinin ehtiyaclarını yüksək səviyyədə qarşılamaq qabiliyyətini bir daha təsdiqləyib. Müəssisənin hazırlıq səviyyəsi onun "Microsoft" tərəfdaşlar siyahısında ilk 5% şirkətlər sırasında qərarlaşmasına imkan verib.
Qeyd edək ki, "Microsoft" Gümüş tərəfdaşlığının əldə edilməsi sadə proses deyil. "Microsoft" Gümüş tərəfdaşlığını qazanmaq üçün istənilən müəssisə xüsusi ixtisas üzrə "Microsoft" tərəfindən sertifikatlaşdırılmış peşəkar mütəxəssislər, satış və marketinq üzrə mütəxəssislər, eləcə də, "Microsoft"un qiymətləndirməsindən keçmiş bir neçə texniki dəstək üzrə mütəxəssisin olması tələb olunur. Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri bu sertifikata nail olmaq üçün xüsusi texnoloji ixtisaslar üzrə "Microsoft" şirkətinin ciddi qiymətləndirmə prosedurlarından uğurla keçib.
Belə ki, bütün qeyd olunan tələbləri ödəyən, iş prosesini standartlara uyğun təşkil edən Məlumat Hesablama Mərkəzi proqram təminatının inteqrasiyası üzrə "Microsoft"un sertifikatlaşdırılmış təcrübəsini əldə edib. Müəssisənin altı proqramçısı və üç texniki xidmət mütəxəssisi sınaq imtahanlarından müvəffəqiyyətlə keçərək "Microsoft"un peşəkar sertifikatına layiq görülüb.
Məlumat üçün bildirək ki, dünyanın 32000 şirkətini özündə birləşdirən "Microsoft" tərəfdaşlıq şəbəkəsinə üzv olmanın əsas üstünlükləri aşağıdakılardır:
- - Gümüş tərəfdaşa tədris mərkəzi tərəfindən lokal onlayn kurslar, virtual laboratoriyalar və müstəqil təhsil resurslarından faydalanmaq imkanı verilir. Bu, öz növbəsində işin səmərəliliyinin artmasına, texniki və marketinq bacarıqlarının yüksəlməsinə xidmət edən amillərdəndir.
- - Gümüş tərəfdaş olmasının digər faydası ondan ibarətdir ki, müəssisə tərəfindən "Microsoft Certified Partner" loqosunu istifadə etmək imkanı yaranır. Qeyd edilən loqo şirkət tərəfindən təmin edilən xidmətlərin, proqram təminatlarının və texniki dəstəyin ən yüksək səviyyədə olduğunun göstəricisidir. "Microsoft" Gümüş tərəfdaşı olan şirkət loqosunu öz veb saytında da istifadə edə bilər.
- - Müəssisədaxili istifadə üçün "Microsoft" proqram təminatının lisenziyaları ilə pulsuz təmin olunur.
- - "Microsoft"un Biznes İnvestisiya Fondu tərəfdaş şirkətlərə yaxından kömək etmək, satış və marketinq işlərini sürətləndirmək məqsədi ilə maliyyə dəstəyi ilə təmin edir.
- - "Microsoft" şirkəti 24 saat müddətində tərəfdaşları texniki dəstəklə təmin edir.
- - "Microsoft" şirkəti müəssisənin mütəxəssislərini müxtəlif beynəlxalq təlimlərdə iştirak etmək üçün hərtərəfli dəstəkləyir.
Beləliklə, MHM-in "Microsoft" ilə strateji əməkdaşlığı Azərbaycanda müasir texnologiyaların inkişafına yeni təkan verəcək, həmçinin, "Microsoft" bulud texnologiyalarının "Elektron hökumət" portalı üzərindən təqdim olunan xidmətlərə tətbiq olunması portalın potensialını daha da artıracaqdır.
Baxış sayı: 1088
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı