Tarix:03/09/15
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, RYTN “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqında Qaydalar”da dəyişikliklər edib.
Dəyişikliyə əsasən, nazirlik inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürəcək.
Bununla yanaşı, digər dəyişiklik nəticəsində inzibati cərimənin şamil olunmadığı şəxslərin sırası genişləndirilib. Belə ki, indiyə qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri RYTN tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə təkcə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara inzibati cərimə tətbiq edə bilməzdilər.
Dəyişikliyə görə, inzibati cərimə tətbiq edilə bilməyən şəxslərin sırasına hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları da daxil edilib.
CAHANGİR
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də “ASAN ödəniş” sisteminə qoşuldu
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tətbiq etdiyi inzibati cərimələr “ASAN ödəniş” sistemi vasitəsi ilə ödəniləcək.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, RYTN “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqında Qaydalar”da dəyişikliklər edib.
Dəyişikliyə əsasən, nazirlik inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürəcək.
Bununla yanaşı, digər dəyişiklik nəticəsində inzibati cərimənin şamil olunmadığı şəxslərin sırası genişləndirilib. Belə ki, indiyə qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri RYTN tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə təkcə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara inzibati cərimə tətbiq edə bilməzdilər.
Dəyişikliyə görə, inzibati cərimə tətbiq edilə bilməyən şəxslərin sırasına hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları da daxil edilib.
CAHANGİR
Baxış sayı: 1073
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı