12px13px15px17px
Tarix:04/09/15

Dünyada ən ucuz mobil internet hansı ölkədədir?

"Content Review" informasiya-analitik agentliyi dünyanın 50 ölkəsində mobil internet qiymətlərini müqayisə edib. "Content Review" agentliyinin direktoru Serqey Polovnikov izah edib ki, 2014-cü il üzrə ən böyük nominal ümumi daxili məhsula (ÜDM) malik ölkələr reytinqdə yer alıb.
 
"Cisco" şirkətinin məlumatına görə, 2014-cü ildə mobil istifadəçilər qurğudan asılı olaraq hər ay orta hesabla 2-dən 2,6 QB-dək informasiya yükləyib. Polovnikov bildirib ki, 2015-ci ildə bu göstərici daha yüksək olacaq.
 
Hər ölkədən operatorlar bazarında fəaliyyət göstərən iştirakçılardan biri tədqiqatda iştirak üçün seçilib.
 
Mobil rabitə sahəsində Yaponiya və Cənubi Koreya ənənəvi olaraq texnologiya "qabaqcılı" hesab edilsə də, lakin "Content Review" şirkətinin qiymətləndirməsinə görə, adıçəkilən hər iki ölkə gözlənilmədən 1 QB üçün yüksək qiymətə görə reytinqin sonunda qərarlaşıb. Belə ki, Yaponiyanın  "NTT DoCoMo" operatorunun istifadəçiləri 1 QB üçün 14.5992 AZN, Cənubi Koreyanın "SK Telecom" operatorunda bu göstərici 12.7506 AZN təşkil edir. Mobil internetdən istifadəyə görə Əlcəzairdə 1 QB üçün 31.758 manat ödəyirlər. Bu, ən yüksək göstəricidir.
 
Rusiya reytinqdə üçüncü pilləni tutub: rusiyalı istifadəçilər 1 QB üçün orta hesabla 1.8486 AZN ödəyirlər. İngilislər 9,5 dəfə, yaponlar 8 dəfə daha çox ödəniş edirlər, Almaniya və Cənubi Koreyada mobil internet 7 dəfə bahadır. Bu halda, tədqiqata əsasən, ən ucuz mobil internet İran və Pakistanda qeydə alınıb. Bu ölkələrdə 1 QB üçün müvafiq olaraq 0.2054 və 1.0744 manat ödəmək lazımdır.
 
Emil Hüseynov
 



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024