12px13px15px17px
Tarix:04/09/15

Berlində “IFA-2015” sərgisi start götürür

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində “IFA-2015” 55-ci ümumdünya istehlak və elektronika texnikası sərgisinin rəsmi açılışı olacaq.    
 
 
Sahə üzrə Avropada keçirilən sərgilər arasında ən iri tədbirlərdən biri hesab olunan “IFA” dünyanın aparıcı istehsalçılarının diqqətini cəlb etməkdə davam edir. Sərgi çərçivəsində elektronika texnikası sahəsinin “Samsung”, “LG”, “Toshiba” və “Sony” kimi nəhəng istehsalçılarının bir sıra texnoloji yeniliklərinin nümayişi gözlənilir. Ümumilikdə sərgidə dünyanın 1400-dən çox şirkətinin məhsulları və təklifləri nümayiş etdiriləcək.
 
 
Ziyarətçilər sərgidə intellektual elektronika sahəsinin texnoloji yenilikləri ilə tanış olmaq imkanı əldə edəcəklər. 
 
 
Müxtəlif ixtisaslaşmış sahələr üzrə rəngarəng konfrans, seminar və mühazirələrlə zəngin olacaq “IFA-2015”-də informasiya texnologiyaları sahəsinin bir sıra liderlərinin çıxışı nəzərdə tutulur.
 



Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024