12px13px15px17px
Tarix:04/09/15

Azərbaycandilli vikipediyada bu ay Türkiyəyə həsr edilib

Sentyabr ayı azərbaycandilli vikipediyada “Türkiyə ayı” elan olunub.
 
 
“Azərbaycan vikimediaçıları” istifadəçi qrupundan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə,  “Türkiyə ayı” –“Mövzulu ay” layihəsinin bir hissəsi kimi Türkiyə haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
 
 
Layihə iştirakçıları  http://az.wikipedia.org/wiki/Vikipediya:Mövzulu_ay/Türkiyə_ayı/Plan səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin Türkiyə ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
 
 
Qeyd edək ki, layihə  “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.
 
 
CAHANGİR



Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024