Tarix:04/09/15
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu il Bərdə, Qəbələ, İsmayıllı və Qusar rayonlarında dörd yeni turizm informasiya mərkəzi yaradılıb.
Yaxın zamanda Şəmkir və Mingəçevirdə daha iki turizm informasiya mərkəzlərinin təşkili planlaşdırılır.
Qeyd edilən mərkəzlərdə yalnız onların yerləşdiyi rayon və ya şəhərin təbliği ilə deyil, həmçinin əhatə dairəsində olan regionla bağlı iş aparılacaq. Bu qurumların yaradılmasının əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, informasiya texnologiyaları vasitəsilə bu regionların turizm potensialı haqqında məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaqdır.
Mərkəzlərin internet saytları vasitəsilə dünyanın hər bir yerindən insanların bölgənin istənilən yerində rahat şəkildə özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş vermək imkanı olmalıdır.
Turizm informasiya mərkəzlərinin işində effektivliyin artırılması məqsədilə yeni turizm marşrutlarının yaradılması, təbliğat sahəsində həm çap, həm də internet resurslarından geniş istifadə olunması nəzərdə tutulub.
Bu gün Bakıdan başqa, ölkənin şəhər və rayonları üzrə (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran) 12 turizm informasiya mərkəzi fəaliyyət göstərir.
Aynur Vəliyeva
Turizm informasiya mərkəzlərinin fəaliyyətinin və sayının artırılması planlaşdırılır
Azərbaycanda turizm informasiya mərkəzlərinin artırılması zərurətinin yaranması ilə bağlı bu mərkəzlərin sayının artırılması nəzərdə tutulur.Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu il Bərdə, Qəbələ, İsmayıllı və Qusar rayonlarında dörd yeni turizm informasiya mərkəzi yaradılıb.
Yaxın zamanda Şəmkir və Mingəçevirdə daha iki turizm informasiya mərkəzlərinin təşkili planlaşdırılır.
Qeyd edilən mərkəzlərdə yalnız onların yerləşdiyi rayon və ya şəhərin təbliği ilə deyil, həmçinin əhatə dairəsində olan regionla bağlı iş aparılacaq. Bu qurumların yaradılmasının əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, informasiya texnologiyaları vasitəsilə bu regionların turizm potensialı haqqında məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaqdır.
Mərkəzlərin internet saytları vasitəsilə dünyanın hər bir yerindən insanların bölgənin istənilən yerində rahat şəkildə özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş vermək imkanı olmalıdır.
Turizm informasiya mərkəzlərinin işində effektivliyin artırılması məqsədilə yeni turizm marşrutlarının yaradılması, təbliğat sahəsində həm çap, həm də internet resurslarından geniş istifadə olunması nəzərdə tutulub.
Bu gün Bakıdan başqa, ölkənin şəhər və rayonları üzrə (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran) 12 turizm informasiya mərkəzi fəaliyyət göstərir.
Aynur Vəliyeva
Baxış sayı: 774
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib