12px13px15px17px
Tarix:04/09/15

«WhatsApp» messencerinin aktiv istifadəçilərinin sayı 1 milyarda yaxınlaşıb

«WhatsApp» xidmətinin baş direktoru və həmtəsisçisi Yan Koum «Facebook» sosial şəbəkəsindəki səhifəsində yazıb ki, adıçəkilən messencerin aktiv istifadəçilərinin sayı 900 milyonu ötüb.
 
 
Məlumat üçün bildirək ki, cari ilin yanvarında «WhatsApp» xidmətinin auditoriyası aylıq 700 milyon aktiv istifadəçidən ibarət olub,  apreldə messencerin auditoriyası 800 milyonadək artıb. Əgər xidmət bu artım tempini saxlasa, o zaman 2015-ci ilin sonunadək «WhatsApp» istifadəçilərinin sayı 1 milyarda yaxınlaşacaq.
 
 
1 dollar məbləğində illik abunə haqqına baxmayaraq, «WhatsApp» ən yaxın rəqibləri olan «WeChat» və «Line» messencerləri ilə müqayisədə daha populyardır. Alternativ həllər olan «Viber» və «Tango» proqramından təxminən 250 milyon insan istifadə edir.
 
 
Emil Hüseynov



Baxış sayı: 834

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024