12px13px15px17px
Tarix:07/09/15

Yerli onlayn xidmətlər portalının istifadəçilərinin sayı 185,5 mini ötüb

“Hesab.az” onlayn xidmətlər portalının istifadəçilərinin sayı  artıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portalda qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından faydalanan istifadəçilərin sayı artıq  185,540 nəfərə çatıb.
 
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur.
 
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
 
CAHANGİR



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024