12px13px15px17px
Tarix:07/09/15

Komitə: “Elektron xidmətlərin çəkisinin artırılmasında məqsəd operativliyi və vətəndaş məmnunluğunu təmin etməkdir”

Hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət vətəndaşların istifadəsindədir.
 
 
Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir. Bu haqda komitədən məlumat verilib.
 
Bildirilib ki, istifadədə olan SMS xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir.
 
Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur. Elektron xidmətlərin çəkisinin artırılmasında məqsəd xidmətlərdə şəffaflıq və rahatlıq səviyyəsini yüksəltmək, vaxt itkisinin qarşısını almaq, əlçatanlığı, operativliyi və vətəndaş məmnunluğunu təmin etməkdir. Hazırda komitə tərəfindən elektron və onlayn xidmətlərin sayının artırılması istiqamətində işlər aparılır.
 
 
Qeyd edək ki, komitə tərəfindən 2015-ci ildə vətəndaşlara müxtəlif fəaliyyət istiqamətləri üzrə 95 mindən çox elektron xidmət göstərilib. Ümumilikdə isə, indiyədək elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 248 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024