12px13px15px17px
Tarix:07/09/15

Oyun kompüterləri çoxlu enerji sərf edir

2012-ci ildə oyun fərdi kompüterləri 75 teravatt-saat enerji sərf edib ki, bu da fərdi kompüterlərin sərf etdikləri enerjinin ümumi həcminin 20 faizinə bərabərdir. Bu sayın yalnız 2,5 faizi oyun kompüterləridir. Hazırkı inkişaf tempində bu say 2020-ci ilədək iki dəfə arta bilər.

İldə orta hesabla fərdi kompüter 1400 kilovat-saat enerji işlədir. Bu həcm isə 10 oyun qurğusunun, 6 adi kompüterin və ya 3 soyuducunun sərf etdiyi enerjiyə bərabərdir. Həmçinin oyun həvəskarları bundan iki dəfə artıq enerji sərf edə bilər.  


Bildirilir ki, kompüter sənayesi enerji sərfiyyatının üçdə dörd hissəsini azaltmaqla 2020-ci ilədək ildə 18 milyard dollara qənaət edə bilər. Buna etibarlı və məhsuldar enerjiyə qənaətcil komponentlər sayəsində nail olmaq olar. Bu məqsədlə istehsalçılar istehlakçılar arasında maarifləndirmə işi aparmalıdır, - "Oszone” yazır.



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024