12px13px15px17px
Tarix:07/09/15

«Blackberry» ABŞ-ın korporativ proqram təminatı istehsalçısını satın alacaq

Kanadanın «Blackberry» şirkəti ABŞ-ın «Good Technology Corp» adlanan korporativ proqram təminatı istehsalçısını satın almaq barədə razılığa gəlib. Razılaşmanın dəyəri 425 milyon dollar təşkil edəcək.
 
 
«Blackberry»nin bəyanatına əsasən, «Good Technology Corp» şirkətini satın aldıqdan sonra smartfon istehsalçısının illik gəliri 160 milyon dollar artacaq. 2015-ci ilin sentyabr-noyabrında sazişi bağlamaq planlaşdırılır.
 
 
«G7» ölkələrinin hökumətləri, həmçinin dünyanın ən böyük bankları və hüquq şirkətləri «Good Technology Corp» şirkətinin müştəriləridir.
 
 
«The Wall Street Journal» xatırladır ki, «Blackberry» smartfon bazarında öz mövqeyini itirdikdən sonra korporativ müştərilər üçün yüksək təhlükəsizlik səviyyəsinə malik proqram təminatının hazırlanması ilə məşğul olan istiqaməti inkişaf etdirməyi planlaşdırır. 
 
 
Emil Hüseynov



Baxış sayı: 572

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024