Tarix:07/09/15
Bu barədə toplantıda iştirak edən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin katibliyinin rəhbəri Zaur Həsənov məlumat verib.
Qeyd edək ki, paytaxt Seuldan 30 kilometrlik məsafədə yerləşən İnçheon Koreyanın İKT üzrə mərkəzləşmiş şəhərlərindəndir.
Z.Həsənov bildirib ki, iclasda Asiya-Pasifik İnformasiya Magistralının regiona verə biləcəyi töhfə əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə,məlumatların vaxtı-vaxtında çatdırılması,fövqəladə hallar zamanı kritik məqamlar üçün infrastrukturun yaradılması məsələsi də əsas müzakirə mövzusu olub:
"Çünki həmin ərazilər seysmik zona hesab olunur. Təbiət hadisələri baş verdikdə insanlar arasında davamlı rabitənin mövcud olması, əlaqələrdə, birləşmələrdə qırılmaların baş verməməsi xüsusi əhəmiyyət daşıyan məsələlərdəndir. Ona görə də bu mövzu gündəliyə daxil edilib".
Bundan başqa Asiya-Pasifik İnformasiya Magistralının regionda iqtisadi inkişaf üçün yaratdığı imkanlardan söz açıldığını qeyd edən Z.Həsənovun sözlərinə görə, iclasda sözügedən layihənin mobil internetin inkişafı, e-ticarətin həcminin artması, yeni proqramların, tətbiqlərin yaradılması üçün əlverişli mühitin formalaşdırılması kimi məsələlər müzakirə olunub:
Tədbirdə Asiya-Pasifik İnformasiya Magistralı regionunda yerləşən dövlətlərin müvafiq nazirliklərinin və orta Asiya ölkələrinin nümayəndələrinin, Beynəlxalq Telekommunikasiya İttifaqının, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) rəhbərlərinin, İKT məsələləri ilə məşğul olan beynəlxalq qurumların və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirak etdiyini vurğulayan Z.Həsənovun sözlərinə görə, iclasda bölgənin İKT gələcəyinin müzakirəsi ilə yanaşı, İşçi Qrupunun idarə edilməsi üçün rəhbər seçkiləri də keçirilib.
TASİM katibliyinin rəhbəri qeyd edib ki, seçkilər nəticəsində İşçi Qrupun idarəçiliyinə 4 ölkə seçilib:
"Onların arasında Azərbaycan da var idi. Belə ki, Azərbaycan, Çin, Cənubi Koreya və Pakistan İşçi qrupuna rəhbərlik edəcək. Burada əsas rəhbər statusunda ("chair") Pakistan çıxış edəcək. Digər 3 ölkə də eyni statusa ("co- chair") malikdir. Qeyd edim ki, bu rəhbərlik müəyyən zaman çərçivəsində həyata keçirilir. Vaxtı çatanda Azərbaycan da əsas rəhbər ("Chery") olacaq. Bu seçkilərdə ölkəmizin də təşkilatın İşçi Qrupuna rəhbər seçilməsi böyük nailiyyətdir. Təsəvvür edək ki, Çin və Cənubi Koreya kimi İKT nəhəngləri olan ölkələrin sırasında Azərbaycanın da adı var".
İşçi Qrupuna rəhbər seçilməyimizin əhəmiyyətindən danışan Z.Həsənov bunun Azərbaycan üçün vacibliyinin səbəblərini sadalayıb:
"Birincisi, ona görə ki, biz TASİM-in aktuallığını beynəlxalq aləmin diqqətinə bir daha çatdırdıq və bundan sonra onu gündəmdə saxlamaq şanslarımız daha da artdı. Onlar da bizə beynəlxalq katiblik kimi etimad göstərdilər ki, TASİM-in heyəti Avrasiya regionunda müəyyən məlumatların mübadiləsində, ekspert rəyinin formalaşdırılmasında, 3-5 illik inkişaf proqnozunun verilməsində iştirak edə bilər. Yəni TASİM-in potensialı çatır ki, belə bir mürəkkəb məsələdə öz töhfəsini versin. Avropa ilə Asiyanın birləşdirilməsində TASİM-in nə qədər vacib rol oynadığı bir daha qeyd edildi. Yeri gəlmişkən bildirim ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) bu vaxta qədər keçirilən bütün iclaslarında, son iki ildə qəbul etdikləri qətnamələrin hamısında birmənalı olaraq TASİM Avropa ilə Asıya arasında ən etibarlı yol olduğu göstərilib. Avropalıların ən etimad göstərdikləri yol məhz TASİM yoludur. Qətnamələrdə qeyd ediblər ki, TASİM, Dünya Bankı və UN ESCAP birləşərək rəqəmli fərqin, bu istiqamətdə ölkələr arasında olan səddin aradan qaldırılması üçün birgə səylər göstərməlidirlər. Bu, gələcəkdə TASİM-in daha geniş arealda tanınması üçün müsbət haldır".
Seymur Qasımbəyli
Azərbaycan beynəlxalq layihənin İşçi Qrupunun sədri seçilib
Cənubi Koreyanın İnçheon şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) və Koreya Respublikasının Elm, İKT və Gələcək Planlaşdırma Nazirliyi ilə birgə Asiya-Pasifik İnformasiya Magistralı üzrə İşçi Qrupunun 1-ci toplantısı keçirilib.Bu barədə toplantıda iştirak edən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin katibliyinin rəhbəri Zaur Həsənov məlumat verib.
Qeyd edək ki, paytaxt Seuldan 30 kilometrlik məsafədə yerləşən İnçheon Koreyanın İKT üzrə mərkəzləşmiş şəhərlərindəndir.
Z.Həsənov bildirib ki, iclasda Asiya-Pasifik İnformasiya Magistralının regiona verə biləcəyi töhfə əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə,məlumatların vaxtı-vaxtında çatdırılması,fövqəladə hallar zamanı kritik məqamlar üçün infrastrukturun yaradılması məsələsi də əsas müzakirə mövzusu olub:
"Çünki həmin ərazilər seysmik zona hesab olunur. Təbiət hadisələri baş verdikdə insanlar arasında davamlı rabitənin mövcud olması, əlaqələrdə, birləşmələrdə qırılmaların baş verməməsi xüsusi əhəmiyyət daşıyan məsələlərdəndir. Ona görə də bu mövzu gündəliyə daxil edilib".
Bundan başqa Asiya-Pasifik İnformasiya Magistralının regionda iqtisadi inkişaf üçün yaratdığı imkanlardan söz açıldığını qeyd edən Z.Həsənovun sözlərinə görə, iclasda sözügedən layihənin mobil internetin inkişafı, e-ticarətin həcminin artması, yeni proqramların, tətbiqlərin yaradılması üçün əlverişli mühitin formalaşdırılması kimi məsələlər müzakirə olunub:
Tədbirdə Asiya-Pasifik İnformasiya Magistralı regionunda yerləşən dövlətlərin müvafiq nazirliklərinin və orta Asiya ölkələrinin nümayəndələrinin, Beynəlxalq Telekommunikasiya İttifaqının, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) rəhbərlərinin, İKT məsələləri ilə məşğul olan beynəlxalq qurumların və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirak etdiyini vurğulayan Z.Həsənovun sözlərinə görə, iclasda bölgənin İKT gələcəyinin müzakirəsi ilə yanaşı, İşçi Qrupunun idarə edilməsi üçün rəhbər seçkiləri də keçirilib.
TASİM katibliyinin rəhbəri qeyd edib ki, seçkilər nəticəsində İşçi Qrupun idarəçiliyinə 4 ölkə seçilib:
"Onların arasında Azərbaycan da var idi. Belə ki, Azərbaycan, Çin, Cənubi Koreya və Pakistan İşçi qrupuna rəhbərlik edəcək. Burada əsas rəhbər statusunda ("chair") Pakistan çıxış edəcək. Digər 3 ölkə də eyni statusa ("co- chair") malikdir. Qeyd edim ki, bu rəhbərlik müəyyən zaman çərçivəsində həyata keçirilir. Vaxtı çatanda Azərbaycan da əsas rəhbər ("Chery") olacaq. Bu seçkilərdə ölkəmizin də təşkilatın İşçi Qrupuna rəhbər seçilməsi böyük nailiyyətdir. Təsəvvür edək ki, Çin və Cənubi Koreya kimi İKT nəhəngləri olan ölkələrin sırasında Azərbaycanın da adı var".
İşçi Qrupuna rəhbər seçilməyimizin əhəmiyyətindən danışan Z.Həsənov bunun Azərbaycan üçün vacibliyinin səbəblərini sadalayıb:
"Birincisi, ona görə ki, biz TASİM-in aktuallığını beynəlxalq aləmin diqqətinə bir daha çatdırdıq və bundan sonra onu gündəmdə saxlamaq şanslarımız daha da artdı. Onlar da bizə beynəlxalq katiblik kimi etimad göstərdilər ki, TASİM-in heyəti Avrasiya regionunda müəyyən məlumatların mübadiləsində, ekspert rəyinin formalaşdırılmasında, 3-5 illik inkişaf proqnozunun verilməsində iştirak edə bilər. Yəni TASİM-in potensialı çatır ki, belə bir mürəkkəb məsələdə öz töhfəsini versin. Avropa ilə Asiyanın birləşdirilməsində TASİM-in nə qədər vacib rol oynadığı bir daha qeyd edildi. Yeri gəlmişkən bildirim ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) bu vaxta qədər keçirilən bütün iclaslarında, son iki ildə qəbul etdikləri qətnamələrin hamısında birmənalı olaraq TASİM Avropa ilə Asıya arasında ən etibarlı yol olduğu göstərilib. Avropalıların ən etimad göstərdikləri yol məhz TASİM yoludur. Qətnamələrdə qeyd ediblər ki, TASİM, Dünya Bankı və UN ESCAP birləşərək rəqəmli fərqin, bu istiqamətdə ölkələr arasında olan səddin aradan qaldırılması üçün birgə səylər göstərməlidirlər. Bu, gələcəkdə TASİM-in daha geniş arealda tanınması üçün müsbət haldır".
Seymur Qasımbəyli
Baxış sayı: 796
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı