Tarix:08/09/15
"Bu layihə "Aztelekom" MMC Türkiyənin TMM və Yaponiyanın Fujikura şirkətlərinin birgə əməkdaşlığı sayəsində reallaşıb. TAE fiber-optik kabel xəttinin Azərbaycana seqmentinin genişlənməsi və şəbəkənin müasir istismarı, bu sistemə ümumi nəzarət sisteminin işlənib hazırlanması ideyası ətrafında ümumi müzakirələr aparılıb. Bununla yanaşı, layihənin reallaşdırılması istiqamətdə üst səviyyədə aparılan geniş analizlər və birgə işbirliklərin ortaq nəticəsi olaraq mükəmməl bir iş layihələndirildi".
Yüksək texnologiyaları dəstəkləyən avadanlıqların tətbiqi
Z.Vəliyev layihənin həyata keçirilməsi istiqamətində müxtəlif təkliflər olduğunu qeyd etdi. Belə ki, ilkin olaraq 3 istiqamətdə (Bakı-Mərkəz-Şamaxı-Ağsu, Bakı-Sumqayıt-Şabran, Bakı-Sahil-Ələt) bu sistemin tətbiqi təklif olunub.
"Aztelekom" MMC-nin Beynəlxalq Avtomat Telefon Stansiyasında qurulan mərkəzi idarəetmə sistemi, Server və Reflektometr "Fujikura" şirkətinin istehsalıdır və gələcəkdə bütün magistralları nəzarətə götürmək imkanındadır. Burada quraşdırılmış optik Reflektometr və 40 portla təmin edilib. Yəni eyni zamanda 40 istiqamətdə istismar olunan optik magistrallar və optik birləşdirici xətlərə nəzarət oluna bilər. Bir nöqtədə quraşdırılan Reflektometr magistralının hazırki istiqamətində 150 km (cəmi 300 km) optik lifə nəzarət edə bilir".
Optik kabeldə zədələnmə olanda xəbərdarlıq e-poçta və ya mobil telefona SMS-lə daxil olur.
İlkin olaraq sistemə optik kabeldə olan boş liflər vasitəsilə nəzarət olunur. Optik kabelin hər hansı bir boş lifi Reflektometrin portuna SFP vasitəsi ilə qoşulur. Bu zaman boş lifin normal vəziyyətində optik parametrləri ölçülərək fiksasiya olunur və yaddaşa yazılır. İstismar zamanı nəzarətə götürülmüş optik lifin parametrlərində hər hansı bir dəyişiklik (məsələn sönmə) olarsa, sistem onu əvvəlki parametrləri ilə müqayisə edir və qrafik şəkildə monitora ötürür. İdarəetmə sistemi daxil olmuş informasiyanı həm operatora, həm də istəkdən asılı olaraq aidiyyəti mütəxəssislərə elektron poçtlarına göndərir. ("Aztelekom"MMC-nin aidiyyəti şöbəsinə və KMTQ-yə). Bu informasiya həmçinin SMS formasında mobil telefona da ötürülə bilər.
Operator dərhal daxil olmuş məlumatı oxuyur. Bu məlumatda magistralın ərazisi, fiksasiya əsasında optik muftaların yerləşməsi, stansiyalar arasi məsafələr və ümumi sönməni görülməklə zədə yeri tam dəqiqliklə göstərilir. Zədə haqqında məlumat sistemə 3-7 dəqiqə müddətində daxil olur. Sistem tərəfindən təyin olunmuş zədə yerinə dərhal təmir briqadaları yola düşür.
2-ci variant optik kabeldə boş lif olmayan hala aiddir. Bu halda nəzarət sistemi 1625 mm dalğa uzunluğunda hazırlanmış süzgəc vasitəsi ilə xəttə qoşulur. Əsas işlək sistem isə digər süzgəclər (məsələn 1550 nm) vasitəsi ilə optik xəttə qoşulur. Magistral boyu stansiyalarda nəzarət sistemi üçün qurulmuş Reflektometrlərə Ethernet port qoşulmaqla məlumatlar mərkəzi serverə ötürülür. Zədə yerinin təyin edilməsi metodu, boş lif vasitəsi ilə nəzarət sistemi ilə tamamilə eynidir. Monitorinq sistemi fasiləsiz avtomatik rejimdə işləyir. Lazım gələrsə, daha dəqiq ölçmələr üçün əl rejiminə keçirilə bilir. Lifin uzunluğunu, xəttin sönməsini, lazerin əksetmə səviyyəsini və s. parametrləri təyin edir. Zədələnmə baş verdikdə:
- Optik liflərin istismar xərclərini azaldır.
- Zədənin aradan qaldırılması vaxtını qısaldır
- optik liflərə kənar müdaxilənin qarşısını alır
- kiçik sönmələri vaxtında təyin etməklə, zədələnmələrin qarşısını alır.
Rəvan SOLTANOV
Optik şəbəkələrə müasir nəzarət sistemi tətbiq ediləcək
Regionlarda rabitə sahəsində yüksək texnologiyaların tətbiqi ilə müasir infrastrukturun qurulması istiqamətində yeni layihələrin həyata keçirilməsi davam etdirilir. "Aztelekom" MMC müasir şəbəkənin qurulması ilə yanaşı, bu şəbəkəyə ən müasir nəzarət sistemi tətbiq etməklə region ölkələri arasında ilkə imza atmış oldu. Bu barədə "Rabitə dünyası" qəzetinə açıqlama verən "Aztelekom" MMC-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bildirdi ki, hazırda birliyin balansında olan optik kabel magistrallarının və optik birləşdirici kabellərin ümumi uzunluğu 7500 km-dən çoxdur. Onun sözlərinə görə, bütün bölgələri, hətta ən ucqar kəndləri belə əhatə edən optik kabellərin istismarı getdikcə çətinləşirdi. Bu kabellərə nəzarət etmək üçün böyük layihə reallaşdırılıb."Bu layihə "Aztelekom" MMC Türkiyənin TMM və Yaponiyanın Fujikura şirkətlərinin birgə əməkdaşlığı sayəsində reallaşıb. TAE fiber-optik kabel xəttinin Azərbaycana seqmentinin genişlənməsi və şəbəkənin müasir istismarı, bu sistemə ümumi nəzarət sisteminin işlənib hazırlanması ideyası ətrafında ümumi müzakirələr aparılıb. Bununla yanaşı, layihənin reallaşdırılması istiqamətdə üst səviyyədə aparılan geniş analizlər və birgə işbirliklərin ortaq nəticəsi olaraq mükəmməl bir iş layihələndirildi".
Yüksək texnologiyaları dəstəkləyən avadanlıqların tətbiqi
Z.Vəliyev layihənin həyata keçirilməsi istiqamətində müxtəlif təkliflər olduğunu qeyd etdi. Belə ki, ilkin olaraq 3 istiqamətdə (Bakı-Mərkəz-Şamaxı-Ağsu, Bakı-Sumqayıt-Şabran, Bakı-Sahil-Ələt) bu sistemin tətbiqi təklif olunub.
"Aztelekom" MMC-nin Beynəlxalq Avtomat Telefon Stansiyasında qurulan mərkəzi idarəetmə sistemi, Server və Reflektometr "Fujikura" şirkətinin istehsalıdır və gələcəkdə bütün magistralları nəzarətə götürmək imkanındadır. Burada quraşdırılmış optik Reflektometr və 40 portla təmin edilib. Yəni eyni zamanda 40 istiqamətdə istismar olunan optik magistrallar və optik birləşdirici xətlərə nəzarət oluna bilər. Bir nöqtədə quraşdırılan Reflektometr magistralının hazırki istiqamətində 150 km (cəmi 300 km) optik lifə nəzarət edə bilir".
Optik kabeldə zədələnmə olanda xəbərdarlıq e-poçta və ya mobil telefona SMS-lə daxil olur.
İlkin olaraq sistemə optik kabeldə olan boş liflər vasitəsilə nəzarət olunur. Optik kabelin hər hansı bir boş lifi Reflektometrin portuna SFP vasitəsi ilə qoşulur. Bu zaman boş lifin normal vəziyyətində optik parametrləri ölçülərək fiksasiya olunur və yaddaşa yazılır. İstismar zamanı nəzarətə götürülmüş optik lifin parametrlərində hər hansı bir dəyişiklik (məsələn sönmə) olarsa, sistem onu əvvəlki parametrləri ilə müqayisə edir və qrafik şəkildə monitora ötürür. İdarəetmə sistemi daxil olmuş informasiyanı həm operatora, həm də istəkdən asılı olaraq aidiyyəti mütəxəssislərə elektron poçtlarına göndərir. ("Aztelekom"MMC-nin aidiyyəti şöbəsinə və KMTQ-yə). Bu informasiya həmçinin SMS formasında mobil telefona da ötürülə bilər.
Operator dərhal daxil olmuş məlumatı oxuyur. Bu məlumatda magistralın ərazisi, fiksasiya əsasında optik muftaların yerləşməsi, stansiyalar arasi məsafələr və ümumi sönməni görülməklə zədə yeri tam dəqiqliklə göstərilir. Zədə haqqında məlumat sistemə 3-7 dəqiqə müddətində daxil olur. Sistem tərəfindən təyin olunmuş zədə yerinə dərhal təmir briqadaları yola düşür.
2-ci variant optik kabeldə boş lif olmayan hala aiddir. Bu halda nəzarət sistemi 1625 mm dalğa uzunluğunda hazırlanmış süzgəc vasitəsi ilə xəttə qoşulur. Əsas işlək sistem isə digər süzgəclər (məsələn 1550 nm) vasitəsi ilə optik xəttə qoşulur. Magistral boyu stansiyalarda nəzarət sistemi üçün qurulmuş Reflektometrlərə Ethernet port qoşulmaqla məlumatlar mərkəzi serverə ötürülür. Zədə yerinin təyin edilməsi metodu, boş lif vasitəsi ilə nəzarət sistemi ilə tamamilə eynidir. Monitorinq sistemi fasiləsiz avtomatik rejimdə işləyir. Lazım gələrsə, daha dəqiq ölçmələr üçün əl rejiminə keçirilə bilir. Lifin uzunluğunu, xəttin sönməsini, lazerin əksetmə səviyyəsini və s. parametrləri təyin edir. Zədələnmə baş verdikdə:
- Lifin normal reflektroqrammasını, zədələnmə vaxtını, stansiyalar arası məsafə və sönmələri, ümumi sönməni göstərməklə zədə yerini qrafiki olaraq rəqəmlə göstərir.
- zədələnmə aradan qaldırıldıqdan sonra yeni reflektroqrammasını yaddaşa yazır. Sistemin tətbiqi nəticəsində:
- Optik liflərin istismar xərclərini azaldır.
- Zədənin aradan qaldırılması vaxtını qısaldır
- optik liflərə kənar müdaxilənin qarşısını alır
- kiçik sönmələri vaxtında təyin etməklə, zədələnmələrin qarşısını alır.
Rəvan SOLTANOV
Baxış sayı: 1439
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır