12px13px15px17px
Tarix:08/09/15

İranla elektron ticarətin poçt vasitəsilə təşkili sərfəli qiymətlə dərman və qida məhsullarının gətirilməsinə imkan yaradacaq

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə elektron ticarətin poçt vasitəsilə həyata keçirilməsinin təşkili ilə bağlı işlərə başlayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu gün İranın daxili elektron ticarət sistemini müsbət qiymətləndirmək olar və ölkələr arasında bu sahədə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Bundan başqa, İranla elektron ticarət əlaqələri tənzimləndiyi halda Azərbaycan bazarına daha sərfəli qiymətlərlə sənaye mallarının, o cümlədən İranda daha ucuz olan, tez korlanmayan və daim tələbat olan qida məhsullarının və farmasevtik məhsulların gətirilməsi mümkün olar.
 
Nazirliyin keçirdiyi monitorinqin nəticələrinə əsasən, bu gün Azərbaycana elektron ticarət vasitəsilə gətirilən malların əksəriyyəti Çindən və Böyük Britaniyadan gəlir. Böyük Britaniyadan gələn malların əksəriyyəti tranzit daşımalardır ki, ABŞ-dan və Avropa ölkələrindən göndərilir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024