12px13px15px17px
Tarix:08/09/15

“Elektron hökumət” portalının “Youtube” kanalı e-xidmətlərin əsas təbliğatçısına çevrilib

“Elektron hökumət” portalının “Youtube” videohostinqindəki kanalının fəaliyyəti daha da genişlənib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq kanalda yerləşdirilən elektron xidmətlərlə bağlı videomaterialların sayı 84-ə çatdırılıb.
 
Hazırda kanala 265 istifadəçi abunə olub.
 
Qeyd edək ki, sözügedən “Youtube” kanalı ölkəmizdə “Elektron hökumət”in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşları maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq məqsədi ilə yaradılıb.
 
CAHANGİR



Baxış sayı: 1146

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024