Tarix:09/09/15
“ICTnews”-ın məlumatına görə, bu tədbirlərdə ölkəmizi Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.
Hər iki tədbirdə çıxış edən Ə.Şıxəliyev bu ölkənin inkişafında nəqliyyat, enerji, informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyətinə toxunaraq, Azərbaycanın qardaş ölkə olan Əfqanıstana bu sahələrin inkişafında dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.
AİDA Agentliyinin rəhbəri Əfqanıstanın inkişafı üçün informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafının, o cümlədən elektron hökumət sisteminin qurulmasının yüksək əhəmiyyətini vurğulayaraq, bu sahədə ölkəmizin əldə etdiyi uğurlardan biri olan və BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülmüş “ASAN xidmət”in təcrübəsini bu dövlətlə paylaşmağa Azərbaycanın hazır olduğunu diqqətə çatdırıb.
O, Bakı-Tbilisi-Qars dəmiryolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Əfqanıstan üçün əlverişli yollarla dünya bazarına çıxış imkanları yaradacağını qeyd edərək deyib ki, bu, öz növbəsində əfqan iqtisadiyyatının canlanmasına və davamlı inkişafına mühüm töhfə verəcək.
Ə.Şıxəliyev ölkəmizin Əfqanıstan Milli Ordusunun Etimad Fonduna maliyyə yardımı göstərdiyini, eyni zamanda, bu ölkədə insan kapitalının inkişafı məqsədilə Azərbaycan tərəfindən əfqan mütəxəssislər və tələbələr üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğu barəsində də məlumat verib.
Qeyd olunmalıdır ki, tədbirlərin keçirilməsi Əfqanıstan ilə qonşu ölkələr və beynəlxalq maliyyə təsisatları ilə iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədi daşıyır.
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, eləcə də, Əfqanıstan hökumətinin yüksəksəviyyəli rəsmiləri və BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin iştirak etdiyi tədbirlərdə 70-dən yuxarı ölkə və nüfuzlu beynəlxalq təşkilatlar yüksəksəviyyəli nümayəndələri, həmçinin, biznes qurumlarının rəhbərləri təmsil olunub.
SEYMUR
Azərbaycan elektron hökumət istiqamətində topladığı təcrübəni Əfqanıstanla bölüşməyi təklif edib
Əfqanıstanın Kabil şəhərində Regional İqtisadi Əməkdaşlıq konfransı və Əfqanıstan üzrə Tokio Qarşılıqlı Etimad Prosesi çərçivəsində Yüksək Vəzifəli Şəxslərin ikinci iclası keçirilib.“ICTnews”-ın məlumatına görə, bu tədbirlərdə ölkəmizi Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.
Hər iki tədbirdə çıxış edən Ə.Şıxəliyev bu ölkənin inkişafında nəqliyyat, enerji, informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyətinə toxunaraq, Azərbaycanın qardaş ölkə olan Əfqanıstana bu sahələrin inkişafında dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.
AİDA Agentliyinin rəhbəri Əfqanıstanın inkişafı üçün informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafının, o cümlədən elektron hökumət sisteminin qurulmasının yüksək əhəmiyyətini vurğulayaraq, bu sahədə ölkəmizin əldə etdiyi uğurlardan biri olan və BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülmüş “ASAN xidmət”in təcrübəsini bu dövlətlə paylaşmağa Azərbaycanın hazır olduğunu diqqətə çatdırıb.
O, Bakı-Tbilisi-Qars dəmiryolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Əfqanıstan üçün əlverişli yollarla dünya bazarına çıxış imkanları yaradacağını qeyd edərək deyib ki, bu, öz növbəsində əfqan iqtisadiyyatının canlanmasına və davamlı inkişafına mühüm töhfə verəcək.
Ə.Şıxəliyev ölkəmizin Əfqanıstan Milli Ordusunun Etimad Fonduna maliyyə yardımı göstərdiyini, eyni zamanda, bu ölkədə insan kapitalının inkişafı məqsədilə Azərbaycan tərəfindən əfqan mütəxəssislər və tələbələr üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğu barəsində də məlumat verib.
Qeyd olunmalıdır ki, tədbirlərin keçirilməsi Əfqanıstan ilə qonşu ölkələr və beynəlxalq maliyyə təsisatları ilə iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədi daşıyır.
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, eləcə də, Əfqanıstan hökumətinin yüksəksəviyyəli rəsmiləri və BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin iştirak etdiyi tədbirlərdə 70-dən yuxarı ölkə və nüfuzlu beynəlxalq təşkilatlar yüksəksəviyyəli nümayəndələri, həmçinin, biznes qurumlarının rəhbərləri təmsil olunub.
SEYMUR
Baxış sayı: 586
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır