12px13px15px17px
Tarix:10/09/15

Telefon aparatlarının qiymətləri ucuzlaşıb

Ölkədə bir sıra sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda, xüsusilə də telefon aparatlarının qiymətlərində ucuzlaşma müşahidə olunur.
 
"ICTnews" Elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
 
 DSK-nın ötən ay üçün açıqladığı statistikadan bəlli olur ki, telefon aparatlarının qiyməti əvvəlki dövrlərlə müqayisədə də aşağıdır.
 

DSK-dan bildirilib ki, müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının qiymətlərində bahalaşma, geyimin, dərmanların, minik avtomobillərinin, telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
 
 
Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma tarifləri ucuzlaşıb, ali təhsil müəssisələrində təhsil haqları isə bahalaşıb.
 
 
SEYMUR



Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024