12px13px15px17px
Tarix:10/09/15

Azərbaycanda “World of Tanks” oyunu üzrə çempionat keçiriləcək

“Wargaming” Azərbaycan oyunçuları arasında turnirin başlamasını elan edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, turnir iki dəfə Sovet İttifaqı  Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunur. Turnirin finalı Bakıda keçiriləcək. Qalib gələn oyunçuları qiymətli prizlər və hədiyyələr gözləyir.
 
Turnir iki formatda keçiriləcək: komanda yarışmaları (3 х 3) və şəxsi hesab. Şəxsi hesab öncədən qeydiyyatsız keçir və burada istənilən oyunçu pulsuz iştirak edə bilər. Turnirin aparıcısı TNT kanalının aparıcısı Andrey Rodnoy olacaq.
 
Tədbir həris oyunçulara deyil, həm də tamaşaçılara maraqlı olacaq: finalda iştirakçıları maraqlı əyləncə proqramı və  “Wargaming” prizlərinin oynanılması gözləyir.
 
Tədbirə qeydiyyat sentyabrın 13-də Bakı vaxtı ilə saat 20:00-da başa çatır. Onlayn seçim turlarının başlanması sentyabrın 14-də saat 20:00-da nəzərdə tutulur.
 
Final sentyabrın 26-da saat 12:00-da başlayacaq. Giriş sərbəstdir.

Turnir Azərbaycan Gənclər və İdman Nazirliyi və Kiberidman Federasiyasının tərəfdaşlığı ilə keçirilir.

Çempionatda iştirak üçün bu internet ünvanına müraciət etmək olar.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024