12px13px15px17px
Tarix:10/09/15

Azərbaycanda “Elektron hökumət” quruculuğunda daha bir yeniliyə imza atılıb

“Hökumət ödəniş” portalı “Elektron hökumət” portalına tam olaraq inteqrasiya edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, “Elektron hökumət” portalına inteqrasiya edilmiş “Hökumət ödəniş” portalı müxtəlif ödənişləri “Kommunal”, “Rabitə”, “İpoteka”, “Büdcə” kimi qruplarda birləşdirir. Vətəndaş istənilən qrup üzrə ödəniş etmək üçün xidmətin adını və ödəniş üçün tələb olunan informasiyaları daxil edərək yaratdığı xidməti yadda saxlaya və ödənişi reallaşdıra bilər. Sistem üzrə bütün sahələr üzrə ödənişlər ödəmə tarixçəsində saxlanılır və istənilən vaxt baxılması mümkündür. Həmçinin, yeni sistem vasitəsilə vətəndaş bir neçə xidmət üçün birlikdə ödəniş etmək imkanına sahib olacaq.
 
Artıq portalda əks olunan "Kommunal" bölməsi  vasitəsi ilə Azəriqaz, Azərsu, Azəristilik, Azərişıq (Bakı), Azərişıq (Regionlar) üzrə ödənişləri çevik və operativ şəkildə icra etmək mümkün olacaq.
 
Portalın "Rabitə" bölməsi Azərcell, Nar Mobile, Bakcell, Stasionar Telefon Xidmətləri  üzrə ödənişləri bir arada toplayır. Artıq vətəndaşlar rabitə borcunu vahid məkandan faydalanaraq ödəyə biləcəklər.
 
"İpoteka" bölməsi üzrə kreditin kodu daxil olunmaqla çevik ödəniş təmin ediləcək.
 
"Büdcə" bölməsi Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ödəniş xidmətləri inteqrasiya olunub. Artıq vətəndaşlar cərimə, dövlət rüsumu kimi ödənişləri portal üzərindən reallaşdıracaqlar.
 
"Məlumatları yenilə" üstünlüyü ilə istifadəçi bəzi fərdi məlumatları sistem tərəfindən dərhal əldə edə bilir. Yadda saxla və imtina düymələri vasitəsilə vətəndaşa çıxan məlumatdan faydalanmaq imkanı verilir. Axtarış servisi vasitəsilə xidmətlər üzrə axtarış etmək sadələşdirilib.
 
Ən əsası isə vətəndaşlar, hüquqi və fiziki şəxslər bir məkandan  yəni "Elektron hökumət" portalından bütün ödənişlərini reallaşdırdığı vaxtda portal üzərindən digər xidmətlərə də müraciət edə biləcək. Beləliklə, "Elektron hökumət"in mühüm prinsipi olan "bir pəncərə" üzrə xidmət təminatı ödənilmiş olacaq.
 
CAHANGİR



Baxış sayı: 970

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024