Tarix:11/09/15
«Facebook» sosial şəbəkələrdə şəkil və video vasitəsilə ünsiyyətə marağın artdığını müşahidə etdikdə sosial «3D» platformanın yaradılması haqda qərar qəbul edilib. «Facebook» yeni platformasını virtual şlem istehsalçısı «Oculus VR» şirkəti ilə birgə inkişaf etdirəcək. Xatırladaq ki, «Facebook» 2014-cü ilin yayında «Oculus VR» şirkətini satın alıb. 2015-ci ilin iyulunda virtual reallıq bir addım da yaxınlaşıb: «Facebook» İsrailin jestlərin idarəsi üzrə «Pebbles» istehsalçısını satın alıb.
Hazırda «Samsung», «Sony», «Valve», «Apple» kimi nəhənglər virtual eynək yaratmaq üzərində çalışırlar. 2013-cü ildə «Fibrum» şirkəti tərəfindən yaradılmış virtual şlem bazara çıxarılıb. Bu şirkəti rusiyalı İlya Flaks təsis edib.
«3D» platforma əyləncə sahəsindən başqa biznes məsələlər üçün istifadə edilir. Əvvəllər peşəkarlar «3D» proqramları arxitektura, tibb, tikinti sahələrində istifadə edirdilər. İndi «3D» alətlər müştəri xidmətinə çevrilir və həmçinin istehlak xidmətləri sahəsində ona tələbat var. Belə ki, 2015-ci ilin iyulunda pərakəndə ticarət üzrə ən böyük internet meydançalarından biri Yaponiyanın «Rakuten» şirkəti Estoniyanın «fits.me» startapı tərəfindən hazırlanmış virtual geyib baxma otağını satın alıb.
«3D» dizayn mobil proqram və saytlarda istifadə üçün aktiv şəkildə onlara uyğunlaşdırılır və təkmilləşdirilir.
Emil Hüseynov
Yaxın gələcəkdə «3D» ünsiyyət mövcud olacaq
«Facebook»un qurucusu və prezidenti Mark Zukerberq bildirib ki, 2016-cı ilin əvvəlində qlobal sosial şəbəkədə virtual reallıq platforması əlçatan olacaq. Gələcəkdə istifadəçilərin «3D» ünsiyyəti üçün proqram yaradılacaq. Bu, yeni tip üçölçülü videonun qəbulu üzrə müvafiq texnologiyaların kütləvi bazara çıxarılması zamanı baş verəcək.«Facebook» sosial şəbəkələrdə şəkil və video vasitəsilə ünsiyyətə marağın artdığını müşahidə etdikdə sosial «3D» platformanın yaradılması haqda qərar qəbul edilib. «Facebook» yeni platformasını virtual şlem istehsalçısı «Oculus VR» şirkəti ilə birgə inkişaf etdirəcək. Xatırladaq ki, «Facebook» 2014-cü ilin yayında «Oculus VR» şirkətini satın alıb. 2015-ci ilin iyulunda virtual reallıq bir addım da yaxınlaşıb: «Facebook» İsrailin jestlərin idarəsi üzrə «Pebbles» istehsalçısını satın alıb.
Hazırda «Samsung», «Sony», «Valve», «Apple» kimi nəhənglər virtual eynək yaratmaq üzərində çalışırlar. 2013-cü ildə «Fibrum» şirkəti tərəfindən yaradılmış virtual şlem bazara çıxarılıb. Bu şirkəti rusiyalı İlya Flaks təsis edib.
«3D» platforma əyləncə sahəsindən başqa biznes məsələlər üçün istifadə edilir. Əvvəllər peşəkarlar «3D» proqramları arxitektura, tibb, tikinti sahələrində istifadə edirdilər. İndi «3D» alətlər müştəri xidmətinə çevrilir və həmçinin istehlak xidmətləri sahəsində ona tələbat var. Belə ki, 2015-ci ilin iyulunda pərakəndə ticarət üzrə ən böyük internet meydançalarından biri Yaponiyanın «Rakuten» şirkəti Estoniyanın «fits.me» startapı tərəfindən hazırlanmış virtual geyib baxma otağını satın alıb.
«3D» dizayn mobil proqram və saytlarda istifadə üçün aktiv şəkildə onlara uyğunlaşdırılır və təkmilləşdirilir.
Emil Hüseynov
Baxış sayı: 565
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır