12px13px15px17px
Tarix:12/09/15

Dünya televizorlar bazarında son 5 ildə ən böyük azalma qeydə alınıb

“IHS” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin ikinci rübündə dünyada televizorların tədarük həcmi illik hesablamada 8 faiz azalıb və 48 milyon ədəd təşkil edib. Qeydə alınan azalma dünya iqtisadi böhranı şəraitində televizorlara tələbatın azaldığı 2009-cu ilin ikinci rübündən bəri ən böyük azalmadır.  
 
Satışın aşağı düşməsi əsasən maye-kristal televizorların (LCD) tədarükünün artımının zəifləməsi ilə əlaqədar olub. Hazırda “LCD” televizorların ümumi tədarük həcmində payı 99 faizə çatır. Analitiklər qeyd edirlər ki, bu modellər bazardan çıxarılan kineskop və plazma televizorların yerlərini doldurmayıb.
 
“İndiki azalmaya TV bazarında hər rübdə illik hesablamada tədarükün artdığı 2014-cü ildə artım dövrünün səbəb olması bildirilir. Ötən ilin yekunları üzrə dünyada televizorların tədarükü 3 faiz yüksəlib, bir sıra inkişaf etmiş bazarlarda isə artım 6 faizə çatıb”, - şirkətin TV bazarının tədqiqi üzrə direktoru Pol Qenon bildirib.
 
Cari ildə azalmanın başlıca səbəbləri kimi mütəxəssislər qlobal iqtisadiyyatın zəifləməsini və inkişaf etmiş bazarlarda qiymətlərin artmasına gətirib çıxaran bir sıra valyutaların ABŞ dollarına nisbətdə devalvasiyasını göstərirlər.
 
Tədarükün azalmasından ən çox ziyan çəkən regionlar sırasına şirkət analitiki Cənubi Amerikanı, Asiya-Sakit okean regionunu, Şərqi Avropa, Yaxın Şərq və Afrikanı qeyd edib. “IHS”-in qiymətləndirməsinə görə, Cənubi Amerika bazarına televizorların tədarükü ötən rübdə 17 faiz, Asiyaya 9 faiz aşağı düşüb. İnkişaf etmiş ölkələr arasında istisna yalnız Çin olub, lakin bu ölkədə artım tempində zəifləmə müşahidə edilir.
 
İnkişaf etmiş bazarlarda da dinamika mənfi olub. Şimali Amerikada tələbatın yaxşılaşması ilə yanaşı, Qərbi Avropa və Yaponiyaya tədarüklər azalıb və nəticədə tədarük həcmi ümumilikdə 3 faiz azalıb.
 
İstehsalçılar baxımdan bazarın lideri “Samsung” şirkəti olaraq qalır. Şirkətin ötən rübdə bütün televizorların satışından ümumi mədaxildə payı 29 faiz təşkil edib. İkinci yerdə “LG” (14 faiz), üçüncüdə “Sony” (7 faiz) şirkətləri qərarlaşıb. Çinin "Hisense” və “TCL” istehsalçıları liderlər beşliyini tamamlayıb. Şirkətlərin payı müvafiq olaraq 6 və 5 faizə bərabər olub, -“DailyComm” yazır.
 



Baxış sayı: 539

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024