12px13px15px17px
Tarix:14/09/15

Britaniyanın kəşfiyyat agentliyi mürəkkəb parollardan istifadəni tövsiyə etmir

«The Independent» nəşri  yazır ki, Böyük Britaniyanın Hökumət Rabitə Mərkəzi vətəndaşlara mürəkkəb parollardan istifadəni tövsiyə etmir.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, Britaniyanın informasiya kəşfiyyatı agentliyi "Şifrlərə yanaşmanızı dəyişin" adlı material dərc edib.
 
 
Materialda mürəkkəb parolların təhlükəsizliyi haqda mif təkzib edilir: xüsusi xidmət orqanları sadə variantlardan istifadəni tövsiyə edir. Bu, həm İT sahəsində çalışan peşəkarlar, həm də adi istifadəçilərə şamil edilir.
 
 
Mərkəzin əməkdaşları izah ediblər ki, istifadəçilər yadda saxlanılması çətin olan çox mürəkkəb parolları kağıza və ya mətn faylına yazmalıdırlar ki, bu da təhlükəlidir. Əvəzində xüsusi xidmət orqanları internet şirkətlərini öz təhlükəsizliyini möhkəmləndirməyə çağırır ki, onların istifadəçiləri müxtəlif müdaxilələrdən zərər görməsin.
 
 
Emil Hüseynov



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024