Tarix:14/09/15
Vətəndaşların "Elektron hökumət" portalı üzərindən ən çox faydalandığı elektron xidmətlər sırasında olan "İş yerinə dair arayış" elektron xidməti işəgötürənə müraciət etmədən iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün real vaxt rejimində e-arayış əldə edilməsinə imkan verir. Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır.
Müvafiq hallarda arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə oluna bilər.
Bununla yanaşı, arayışın təqdim edildiyi qurumlar həmin sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etməklə arayışda göstərilən məlumatların, həmçinin əmək haqqı barədə məlumatın düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.
Nazirlikdən qeyd edilib ki, "İş yerinə dair arayış" e-xidməti ötən ilin dekabrında əhalinin istifadəsinə verilib və cari il sentyabrın 1-dək artıq 128 908 nəfər bu e-xidmətdən yararlanıb.
Həqiqət İSABALAYEVA
“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı 2,2 dəfə artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron Hökumət" portalı üzərindən təqdim etdiyi "İş yerinə dair arayış" elektron xidmətindən istifadə edənlərin sayı cari ilin avqust ayında yanvar ayı ilə müqayisədə 2,2 dəfə artaraq 21966 nəfər təşkil edib.Vətəndaşların "Elektron hökumət" portalı üzərindən ən çox faydalandığı elektron xidmətlər sırasında olan "İş yerinə dair arayış" elektron xidməti işəgötürənə müraciət etmədən iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün real vaxt rejimində e-arayış əldə edilməsinə imkan verir. Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır.
Müvafiq hallarda arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə oluna bilər.
Bununla yanaşı, arayışın təqdim edildiyi qurumlar həmin sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etməklə arayışda göstərilən məlumatların, həmçinin əmək haqqı barədə məlumatın düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.
Nazirlikdən qeyd edilib ki, "İş yerinə dair arayış" e-xidməti ötən ilin dekabrında əhalinin istifadəsinə verilib və cari il sentyabrın 1-dək artıq 128 908 nəfər bu e-xidmətdən yararlanıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 577
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır