Tarix:14/09/15
İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illər “Bakutel” sərgisindən öz dəyərli dəstəyini əsirgəməyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafında və formalaşmasında mühüm rol oynayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.
Artıq bu günə qədər Azərbaycan, Rusiya, Fransa, ABŞ və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edəcəklərini təsdiqləyiblər. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır.
Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Ümumilikdə, sərgidə 15 milli stendin iştirakı gözlənilir və Belarus, Macarıstan, İsrail, İran, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Xorvatiyanın iştirakı isə artıq təsdiq edilib. Bundan başqa, sərginin debütantları arasında Rusiya, ABŞ və Türkiyənin bir sıra aparıcı şirkətləri də yer alır. Sərginin qeydiyyat üzrə sponsoru “Eurodesign” şirkətidir.
Regionda İKT sektoru üzrə ən böyük tədbir olan bu sərgi çərçivəsində gənc mütəxəssislərə öz ixtiraları, proqram və xidmətləri barədə danışmaq üçün imkan yaradılır və artıq bu, ənənə halını almışdır. Ötən il olduğu kimi, bununla əlaqədar sərgidə “startap” şirkətlərə iş üçün xüsusi yer ayrılmışdır. Bütün “startap” şirkətlər Bakı Ekspo Mərkəzinin ikinci zalında, Yüksək Texnologiyalar Parkının stendində yerləşəcək. Ekspo Mərkəzinin üçüncü zalında isə İKT texnologiyaları sahəsi üzrə dövlət layihələri təqdim olunacaq.
Sərginin işini daim müşayiət edən geniş işgüzar proqram “Bakutel” sərgisinin səciyyəvi cəhətidir. Çoxsaylı görüşlər, forumlar və konfranslar bütün dünyada İKT sahəsi üzrə ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sektorunun inkişaf perspektivlərini müzakirə etməyə imkan verir. Beləliklə, ölkənin İKT sahəsi bu sektor üzrə əsas tədbiri – beynəlxalq “Bakutel” sərgisini intizarla gözləyir və bu tədbirə hazırlaşır. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.
Həqiqət İSABALAYEVA
“Bakutel 2015”-də 15 milli stendin, 200-dən artıq şirkətin iştirakı gözlənilir
2-5 dekabr tarixində Bakıda 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları (“Bakutel 2015”) sərgi və konfransı keçiriləcək. Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır.İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illər “Bakutel” sərgisindən öz dəyərli dəstəyini əsirgəməyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafında və formalaşmasında mühüm rol oynayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.
Artıq bu günə qədər Azərbaycan, Rusiya, Fransa, ABŞ və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edəcəklərini təsdiqləyiblər. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır.
Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Ümumilikdə, sərgidə 15 milli stendin iştirakı gözlənilir və Belarus, Macarıstan, İsrail, İran, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Xorvatiyanın iştirakı isə artıq təsdiq edilib. Bundan başqa, sərginin debütantları arasında Rusiya, ABŞ və Türkiyənin bir sıra aparıcı şirkətləri də yer alır. Sərginin qeydiyyat üzrə sponsoru “Eurodesign” şirkətidir.
Regionda İKT sektoru üzrə ən böyük tədbir olan bu sərgi çərçivəsində gənc mütəxəssislərə öz ixtiraları, proqram və xidmətləri barədə danışmaq üçün imkan yaradılır və artıq bu, ənənə halını almışdır. Ötən il olduğu kimi, bununla əlaqədar sərgidə “startap” şirkətlərə iş üçün xüsusi yer ayrılmışdır. Bütün “startap” şirkətlər Bakı Ekspo Mərkəzinin ikinci zalında, Yüksək Texnologiyalar Parkının stendində yerləşəcək. Ekspo Mərkəzinin üçüncü zalında isə İKT texnologiyaları sahəsi üzrə dövlət layihələri təqdim olunacaq.
Sərginin işini daim müşayiət edən geniş işgüzar proqram “Bakutel” sərgisinin səciyyəvi cəhətidir. Çoxsaylı görüşlər, forumlar və konfranslar bütün dünyada İKT sahəsi üzrə ən son təmayülləri, eləcə də Azərbaycanda İKT sektorunun inkişaf perspektivlərini müzakirə etməyə imkan verir. Beləliklə, ölkənin İKT sahəsi bu sektor üzrə əsas tədbiri – beynəlxalq “Bakutel” sərgisini intizarla gözləyir və bu tədbirə hazırlaşır. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1017
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı