Tarix:14/09/15
2016-cı ildə elm xərclərində elmi tədqiqat layihələrinin Prezident yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,5 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 3,5 milyon manat, maddi-texniki təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 1,0 milyon manat və digər tədbirlərin həyata keçirilməsi üçün 5,0 milyon manat vəsait nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatı"nda qeyd olunub. Təqdimatda bildirilib ki, 2016-cı il dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2 faizi həcmində olmaqla, 14566,0 mln. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 4872,0 mln.manat və yaxud 25,1 faiz azdır. Funksional istiqamətlər üzrə dövlət büdcəsinin xərclərinə gəlincə, nəqliyyat və rabitə sahəsində xərclər 2016-cı il üçün 114,8 milyon manat təşkil edəcək. 2016-cı ildə dövlət büdcəsi xərclərinin 5364,4 mln. manatı və yaxud 33,0 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
2016-cı il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 871,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 65,0 milyon manat və ya 8,1 faiz çoxdur.
Qeyd edək ki, 2016-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri, həmçinin dünyada cərəyan edən iqtisadi təlatümlərin ehtimal olunan nəticələri, əsasən xammal məhsullarının, o cümlədən xam neftin satış qiymətinin 40-50 ABŞ dolları səviyyəsində olacağı ehtimalı nəzərə alınmaqla hazırlanıb.
Həqiqət İSABALAYEVA
2016-cı ildə dövlət büdcəsində nəqliyyat və rabitə sahəsi üzrə xərclər 114,8 milyon manat proqnozlaşdırlılır
Növbəti ildə elm xərclərinə proqnozlaşdırılmış 131,7 milyon manat vəsait fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.2016-cı ildə elm xərclərində elmi tədqiqat layihələrinin Prezident yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,5 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 3,5 milyon manat, maddi-texniki təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 1,0 milyon manat və digər tədbirlərin həyata keçirilməsi üçün 5,0 milyon manat vəsait nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatı"nda qeyd olunub. Təqdimatda bildirilib ki, 2016-cı il dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2 faizi həcmində olmaqla, 14566,0 mln. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 4872,0 mln.manat və yaxud 25,1 faiz azdır. Funksional istiqamətlər üzrə dövlət büdcəsinin xərclərinə gəlincə, nəqliyyat və rabitə sahəsində xərclər 2016-cı il üçün 114,8 milyon manat təşkil edəcək. 2016-cı ildə dövlət büdcəsi xərclərinin 5364,4 mln. manatı və yaxud 33,0 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
2016-cı il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 871,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 65,0 milyon manat və ya 8,1 faiz çoxdur.
Qeyd edək ki, 2016-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri, həmçinin dünyada cərəyan edən iqtisadi təlatümlərin ehtimal olunan nəticələri, əsasən xammal məhsullarının, o cümlədən xam neftin satış qiymətinin 40-50 ABŞ dolları səviyyəsində olacağı ehtimalı nəzərə alınmaqla hazırlanıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 829
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır