12px13px15px17px
Tarix:15/09/15

Elmi-texniki sahənin inkişafı məqsədilə keçirilən “İstedadların hazırlığı laboratoriyası” üzrə lll Respublika Olimpiadasının final mərhələsi başlayır

“İstedadların hazırlığı laboratoriyası” layihəsi üzrə lll Respublika Olimpiadasının final mərhələsi başlayır. Gənclər və İdman Nazirliyindən bildirilib ki, gənclər arasında elmi-texniki sahəni inkişaf etdirmək və həmçinin də müasir ölkəmizdə yüksək intellektual potensiala malik olan yeni nəslin formalaşdırılması vacib məsələlərdən biridir.
 
Bu məqsədlə istedadlı gəncləri üzə çıxarmaq, onlara dəstək göstərmək, bacarıqlarının inkişafı üçün şərait yaratmaq, cəmiyyətə təqdim etmək və biliklərinin nüfuzunu artırmaq – “İstedadların hazırlığı laboratoriyası”nın əsas məqsədidir. Layihə zamanı İKT vasitəsilə yeniyetmələrin ən geniş kütləsi bilik yarışmasına cəlb edilir, yüksək nəticələr qiymətləndirilir, onların müəllifləri cəmiyyətdə təbliğ edilir, geniş və şəffaf rəqabət mühiti yaradılır.  Yüksək bilik və elmə həvəs göstərənlər distant təhsilə cəlb edilir.
 
 
Layihə Azərbaycanın 3 nəsil “intellekt daşıyıcıları”nı bir araya gətirir: 1) alimlər –tapşırıqları tərtib edir, mühazirələr oxuyur, 2) tələbə və aspirantlar – olimpiadaların keçirilməsində iştirak edir , 3) gənc intellektuallar isə olimpiadaların iştirakçılarıdır. Beləliklə, “İstedadların hazırlığı laboratoriyası” Azərbaycan elmi və yüksək texnologiya sahələri üçün gələcək potensialı formalaşdırır.
“İstedadların hazırlığı laboratoriyası”  təcrübi xarakter daşıyır və bu sahədə bütövlüklə yeni milli modeldir.
 
Qoyduğu məqsədlərə, istifadə etdikləri fərqli mexanizmlərə, birləşdirdiyi mütəxəssis və peşəkarların tərkibinə görə, eləcə də əsasən İKT vasitəsilə həyata keçirildiyinə görə bu layihə unikaldır.  Keçirilən sınaqlar (on-line olimpiadalar) yeniyetmələrin bu və ya digər fənn üzrə biliklərini yox, qeyri-standart düşünmə bacarıqlarını, orijinal məsələlərin həlli üçün məntiqin inkişafını qiymətləndirməyə imkan verir.
 
 
Layihə hazırda bir sıra mərhələlərdən ibarətdir: iştirakçıların məlumatlandırılması və könüllü qeydiyyatı;  3 fənn – riyaziyyat, fizika və kimya üzrə bir neçə onlayn sınaqların keçirilməsi;  qaliblərin yarımfinal və final yarışması; qiymətləndirmə və istedadlıların distant təhsilə cəlb edilməsi, ildə 4 dəfə tətil boyu təlim məktəblərinin keçirilməsi.
 
 
21 sentyabr 2015-ci il tarixdə saat 12:00-da “Park İnn” otelinin “Dan Ulduzu” zalında “İstedadların hazırlığı laboratoriyası” çərçivəsində lll Respublika Olimpiadasının final və mükafatlandırma mərasimi keçiriləcək.
Layihə “www.istedad.az veb” saytı vasitəsilə həyata keçirilir.
 
 
Qeyd edək ki,  2013-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində Respublika olimpiadaları keçirilir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi  14-16 yaşlı gənclər arasında fundamental və təbii elmlərə marağı artırmaq, yeni ünsiyyət mühitini yaratmaq, onların bu sahədə nailiyyətlər əldə etmək imkanlarını artırmaqdır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 586

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024