12px13px15px17px
Tarix:15/09/15

“Elektron kitabxananın idarəedilməsi” mövzusunda təlim keçiriləcək

Bakıda sentyabrın 17-də dövlət və özəl təhsil müəssisələri və digər müəssisələrin kitabxanaçıları üçün "Elektron kitabxananın idarəedilməsi" mövzusunda təlim keçiriləcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Ultra" şirkətinin təlimi ALİSA sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında iş prosesinin sadələşdirilməsi ilə bağlı olacaq.
 
 Tədbirdə müasir kitabxana işində zəruri olan 3M qurğuları barədə məlumat veriləcək. İştirakçılar kitabxanalarda yüksək texnologiyaların və lazımi sistemlərin tətbiqi, elektron və onlayn kitabxanaların qurulması ilə bağlı faydalı məlumatlar əldə edəcəklər və sertifikat alacaqlar.

Qeyd edək ki, ALISA (Automated Library Information System of Azerbaijan) sistemi kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün yaradılıb.
 
 Sistem Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında "Ultra Technologies" şirkəti tərəfindən işlənib hazırlanıb.
 
 Təlimdə iştirak etmək istəyənlər öncədən  "www.seminar.ultra.az/alisa" internet ünvanında qeydiyyatdan  keçməlidirlər.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024