12px13px15px17px
Tarix:15/09/15

"Seysmoloji məlumatların emalının və təfsirinin müasir metodları" mövzusunda seminar-məktəbin rəsmi açılışı olub

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) dəstəyi və Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin təşkilatçılığı ilə "Seysmoloji məlumatların emalının və təfsirinin müasir metodları" mövzusunda X beynəlxalq seysmoloji seminar-məktəbin rəsmi açılışı olub.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, RSXM-in direktoru Qurban Yetirmişli bildirib ki, bu gün ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 35 dəst telemetrik seysmik stansiyası vasitəsi ilə ölkədə seysmoloji vəziyyət müşahidə olunur. Bu stansiyaların 4-ü blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası ərazisində, 3-ü isə  Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılıb. Bundan əlavə, Azərbaycan ərazisində geofiziki tədqiqatları genişləndirmək məqsədi ilə yeni GPS stansiyaların quraşdırılmasına başlanılıb və müxtəlif dövlətlərlə bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparılır.
 
Elmi sessiyada Azərbaycanda və Rusiyada seysmik müşahidələrə başlanılması tarixindən və seysmologiya üzrə aparılmış tədqiqatlardan danışılıb.
 
Üç gün davam edəcək seminarda müxtəlif ölkələrin seysmoloq alimlərinin məruzələri dinləniləcək və müzakirələr aparılacaq. Sentyabrın 18-də isə seminar iştirakçıları Şamaxıya səfər edəcəklər.
 
Seminarda Azərbaycan, ABŞ, Rusiya, Gürcüstan, Qazaxıstan, İtaliya, Böyük Britaniya və digər ölkələrdən 100-dən artıq seysmoloq alim iştirak edir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024