12px13px15px17px
Tarix:16/09/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki 4 vakansiyaya 107 namizəd sənəd verib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın avqustun 14-də elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, müsabiqədə iştirak etmək arzusunda olan namizədlərdən 107-si Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 vakant vəzifəsinə sənəd verib.
 
RYTN-in Elektron idarəçiliyin inkişafı şöbəsindəki aparıcı məsləhətçi vakansiyasına 79, Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq tədbirlərin təşkili sektorundakı məsləhətçi vakansiyasına 13, aparıcı məsləhətçi vakansiyasına 14, Elektron Təhlükəsizlik Mərkəzinin Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunun müdiri vakansiyasına 1 namizəd ərizə təqdim edib.
 
Xatırladaq ki, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Sənəd verən namizədlər ilk növbədə test imtahanı verir, test imtahanında uğur qazananlar müsahibədə iştirak etmək hüququ əldə edirlər.
 
CAHANGİR
 



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024