Tarix:16/09/15
Qeyd edək ki, ölkə əhalisində İKT biliklərinin yüksəlməsi, elektron ticarətə inamın artması və eləcə də Azərbaycanın poçt daşımaları sahəsinə böyük etibarın olması internet üzərindən alış-verişin həyata keçirilməsinə marağı artırıb.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı son statistik göstəricilərə də nəzər yetirdikdə ölkənin e-ticarət sahəsinin necə sürətli şəkildə böyüməsini açıq-aydın müşahidə etmək mümkündür.
DSK-nın məlumatına görə, 2015-ci ilin yanvar-avqust aylarında
elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artıb.
Komitənin apardığı müşahidələrdən bəlli olub ki, səkkiz ay müddətində elektron pərakəndə ticarətin dövriyyəsi 8,2 milyon manat təşkil edib.
Bununla belə, qeyd edək ki, elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,7 faizi hüquqi şəxslərdən, 7,3 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,5 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
2015-ci ilin yanvar-avqust aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 644,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 276,5 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 368,4 milyon manat təşkil edib.
Seymur Qasımbəyli
Azərbaycanda e-ticarət dövriyyəsi 8,2 milyon manat təşkil edib
Azərbaycanda internet istifadəçilərinin sayının çoxalması, istehsalat və ticarət obyektlərinin öz məhsullarını saytlar üzərindən alış-verişə çıxartması ölkədə elektron ticarətin həcminin günü-gündən artmasına təkan verib.Qeyd edək ki, ölkə əhalisində İKT biliklərinin yüksəlməsi, elektron ticarətə inamın artması və eləcə də Azərbaycanın poçt daşımaları sahəsinə böyük etibarın olması internet üzərindən alış-verişin həyata keçirilməsinə marağı artırıb.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı son statistik göstəricilərə də nəzər yetirdikdə ölkənin e-ticarət sahəsinin necə sürətli şəkildə böyüməsini açıq-aydın müşahidə etmək mümkündür.
DSK-nın məlumatına görə, 2015-ci ilin yanvar-avqust aylarında
elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artıb.
Komitənin apardığı müşahidələrdən bəlli olub ki, səkkiz ay müddətində elektron pərakəndə ticarətin dövriyyəsi 8,2 milyon manat təşkil edib.
Bununla belə, qeyd edək ki, elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,7 faizi hüquqi şəxslərdən, 7,3 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,5 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
2015-ci ilin yanvar-avqust aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 644,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 276,5 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 368,4 milyon manat təşkil edib.
Seymur Qasımbəyli
Baxış sayı: 755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır