Tarix:16/09/15
Aparılan əməliyyatlar noyabrın 1-dən iki ayrı-ayrı şirkət arasında bölünəcək. Onlardan biri fərdi kompüter və printerlərin istehsalı, digəri korporativ serverlərin buraxılışı və xidmətlərin göstərilməsi ilə məşğul olacaq.
Bildirilir ki, fərdi kompüter və printerlərin istehsalı (HP Inc.) üzrə biznesə şirkətin vitse-prezidenti Dayon Vaysler rəhbərlik edəcək. “Hewlett-Packard Enterprise” adlanacaq ikinci şirkət “HP”-in hazırkı icraçı direktor Meq Uitmenin rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.
Çərşənbə axşamı analitiklərlə keçirilən görüş zamanı “Hewlett-Packard Enterprise” şirkətində 25-30 min iş yerinin ixtisar edilməsi ilə bağlı planlar açıqlanıb. Həmçinin “HP Inc.” şirkətində 3 ildə 3,3 min iş yerinin azaldılacağı qeyd olunub.
İş yerlərinin ixtisarı şirkətin illik xərclərinin 2,7 milyard dollar azaldılması, eləcə də hər iki bölmənin rəqabət qabiliyyətinin yaxşılaşdırılması üzrə planın tərkib hissəsidir.
Hazırda “HP”-nin əməkdaşlarının ştatı 300 min nəfər təşkil edir, - "Intefax” yazır.
“HP” əlavə 30 min iş yerini ixtisar edəcək
ABŞ-ın “Hewlett-Packard” (HP) şirkəti yenidən iş yerlərinin ixtisarını aparacaq.Aparılan əməliyyatlar noyabrın 1-dən iki ayrı-ayrı şirkət arasında bölünəcək. Onlardan biri fərdi kompüter və printerlərin istehsalı, digəri korporativ serverlərin buraxılışı və xidmətlərin göstərilməsi ilə məşğul olacaq.
Bildirilir ki, fərdi kompüter və printerlərin istehsalı (HP Inc.) üzrə biznesə şirkətin vitse-prezidenti Dayon Vaysler rəhbərlik edəcək. “Hewlett-Packard Enterprise” adlanacaq ikinci şirkət “HP”-in hazırkı icraçı direktor Meq Uitmenin rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.
Çərşənbə axşamı analitiklərlə keçirilən görüş zamanı “Hewlett-Packard Enterprise” şirkətində 25-30 min iş yerinin ixtisar edilməsi ilə bağlı planlar açıqlanıb. Həmçinin “HP Inc.” şirkətində 3 ildə 3,3 min iş yerinin azaldılacağı qeyd olunub.
İş yerlərinin ixtisarı şirkətin illik xərclərinin 2,7 milyard dollar azaldılması, eləcə də hər iki bölmənin rəqabət qabiliyyətinin yaxşılaşdırılması üzrə planın tərkib hissəsidir.
Hazırda “HP”-nin əməkdaşlarının ştatı 300 min nəfər təşkil edir, - "Intefax” yazır.
Baxış sayı: 584
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır